Avstraliyada terror aktını törədənlərdən biri İŞİD-lə əlaqəli olub
Avstraliya polisi dekabrın 14-ü Sidneydə baş verən terror aktını törədənlərdən birinin İŞİD terror qruplaşması ilə əlaqəli olduğunu ehtimal edir.
Adalet.az xəbər verir ki, bu barədə "ABC" telekanalı polislərin mənbəyinə istinadən məlumat yayıb.
Məlumata görə, birləşmiş antiterror qrupunun müstəntiqləri hesab edirlər ki, atəş açanlar "İŞİD terror qruplaşmasına sədaqət andı içiblər".
"ABC"nin mənbəyi bildirib ki, hücum edənlərin avtomobilində İŞİD bayrağı aşkar edilib, onlardan biri - 24 yaşlı Navid Akram - bir neçə il əvvəl Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidməti (ASIO) tərəfindən Sidneydə yerləşən "İslam Dövləti" qruplaşmasının terror hücrəsi ilə sıx əlaqələrinə görə sorğu-sual edilmişdi.
Daha əvvəl Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin direktoru Mayk Bercess qeyd edib ki, hücum edənlərdən biri agentliyə məlum idi, lakin onların fikrincə, "cəmiyyət üçün birbaşa təhlükə təşkil etmirdi".
Qeyd edək ki, Sidneydəki terror aktı nəticəsində atəş edənlərdən biri də daxil olmaqla 16 nəfər həlak olub. Daha 38 yaralı xəstəxanadadır, onlardan yeddisinin vəziyyəti kritik qiymətləndirilir./Report
Digər Xəbərlər
04 Mart 2026 19:12
Nazir: İran vətəndaşlarının Türkiyəyə keçidinə icazə vermir
04 Mart 2026 18:41
Venesuela ABŞ bazarına neft tədarükü üçün sazişlər imzaladı
04 Mart 2026 18:13
Pentaqon İranda qızlar məktəbinə endirilən zərbəni araşdırır
04 Mart 2026 17:44
İran Trampı öldürməyə çalışıb - Heqset
04 Mart 2026 16:57
Türkiyə PA: İstənilən düşmənçilik hərəkətinə cavab verəcəyik
04 Mart 2026 16:47
Fidanla Əraqçı arasında telefon danışığı oldu
04 Mart 2026 15:45
İran Türkiyəyə ballistik raket atdı - Göydə zərərsizləşdirildi - FOTO
04 Mart 2026 15:17


Bakı -°C

