01 Dekabr 2023 10:32
1146
KRİMİNAL

Axtarışda olan 129 nəfər tutuldu 

Noyabrın 30-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 64 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.