Ayaz Arabaçı: ŞƏHİDİM
Qeyrətini hər məqamda duyurdun,
Cəbhələrdə qanı qanla yuyurdun,
Bu torpağın, bu vətənin, bu yurdun,
Dar günündə yaraq olan şəhidim.
Zəfərlərin başla-canla yazılmış,
Uca namla, uca şanla yazılmış,
Tariximə qızıl qanla yazılmış,
Ən qiymətli varaq olan şəhidim.
Zərrə qədər qürurundan enməyən,
Öz andından, öz sözündən dönməyən,
Ürəyinin alovları sönməyən,
Öləndə də çıraq olan şəhidim.
Qaşlarının arasından öpürəm,
Tellərinin qarasından öpürəm,
Ürəyinin yarasından öpürəm,
Son nəfəsdə bayraq olan şəhidim.
Torpaq üçün, vətən üçün yox bazar,
Bu dastanı sənin kimi kim yazar,
Toy otağı ovuc boyda dar məzar,
Toy libası torpaq olan şəhidim.
Heykəlləşdin vətənin bir daşında,
Ömrün fidan, ömrün çiçək yaşında,
Ərənliyin , kişiliyin başında,
Qeyrət olan- papaq olan şəhidim.
Digər Xəbərlər
29 Sentyabr 2026 13:55
Uşaq ədəbiyyatşünaslığına yeni töhfə: Zaur Ustacın yaradıcılığı tədqiq olunub
29 Sentyabr 2026 07:42
Ağıllı oğlan
28 Sentyabr 2026 14:32
Ölünü dirildən Yazı (Aqil Abbasın "Rəmiş" povesti üzərinə) - Sərvaz HÜSEYNOĞLU yazır
28 Sentyabr 2026 09:59


Bakı -°C

