Ayın 5-də yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
Mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.
Digər Xəbərlər
23 Iyun 2026 19:15
Müavinət, təqaüd və sosial yardımlar bu tarixdə ödəniləcək
23 Iyun 2026 18:32
PA-da vətəndaş qəbulunun iyul CƏDVƏLİ
23 Iyun 2026 18:20
Kəmaləddin Heydərov FHN komandalarının üzvləri ilə görüşdü - VİDEO
23 Iyun 2026 16:53
Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ
23 Iyun 2026 15:23
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTOLAR
23 Iyun 2026 15:05
Prezidentlər Bülbülün ev-muzeyində - FOTOLAR
23 Iyun 2026 14:56
Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu
23 Iyun 2026 13:56


Bakı -°C

