Aylıq sosial ödənişlə təmin edilən uşaqların sayı açıqlanıb
"Azərbaycanda 620 minə yaxın uşaq aylıq sosial ödəniş ilə təmin edilir. Bura müxtəlif kateqoriyalar üzrə, o cümlədən əlillik, ailə başçısını itirmə, aztəminatlı, hərbi qulluqçu və s. aylıq sosial ödənişlər daxildir. Bu göstərici 2019-cu ildə 565 min nəfər idi. Göründüyü kimi, birbaşa sosial dəstək alan uşaqların sayında son illər artımlar qeydə alınmaqdadır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, uşaq hüquqlarının qorunmasında vacib məqamlardan biri inkluzivliyin güclənməsidir: "Rəsmi statistikaya görə, Azərbaycanda xüsusi ümumtəhsil məktəblərin sayı 3273-dir. Eyni zamanda 4282 məktəbin yalnız 1346-sında ümumi təyinatlı və inteqrasiya təlimli təhsil müəssisələrində təşkil edilmiş siniflər fəaliyyət göstərir. Azərbaycan cəmiyyətininin inkişafında inkluzivliyin prioritet istiqamətlərdən olduğunu nəzərə alsaq inteqrasiya olunmuş siniflərin sayının artırılması vacibdir. Uşaqların hüquqlarının qorunması və cəmiyyətin inkişafında rolunun gücləndirilməsi üçün onlar ilə həm ailə daxilində, həm də təhsil aldıqları müəssisələrdə davamlı iş aparılması zəruridir.
Rəsmi statistikaya əsasən, 2024-cü ildə 14-17 yaşında olan 472 uşaq tərəfindən cinayət törədilib. Cinayət sayı 2023-cü ilə nisbətə azalsa da, 5 il öncə ilə müqayisədə artıb. Belə ki, 2020-ci ildə bu göstərici 388 idi. Digər tərəfdən, 2024-cü ildə 21 384 boşanma qeydə alınıb. Boşanan 11 min 20 ailədə uşaqların olduğunu nəzərə alsaq, bu kateqoriya ailələrdə uşaqların hüquqların daha yaxından qorunması aktuallaşmaqdadır. Qanun layihəsi bu sahədə hüquqi bazanın daha da möhkəmləndirilməsinə imkan verəcək".
Digər Xəbərlər
10 Fevral 2026 15:29
Naxçıvana gedəcək şəxslərin nəzərinə!
10 Fevral 2026 12:27
"Bank hesablarından vəsaitin oğurlanması halları artıb" - Deputat
10 Fevral 2026 12:26
Azərbaycanda bu materialların istifadəsi qadağan edilir
10 Fevral 2026 12:25
Bu obyektlər ixtira hesab edilməyəck
10 Fevral 2026 12:24
Patent sahibinin müstəsna hüquqları ilə bağlı yeni qayda
10 Fevral 2026 11:21
Azərbaycan ABŞ ilə enerji tərəfdaşlığının inkişafını müzakirə edib - YENİLƏNİB
10 Fevral 2026 09:42
Türkiyə, Naxçıvan və Azərbaycanı birləşdirəcək yoldan son görüntülər - VİDEO
09 Fevral 2026 17:33


Bakı -°C

