Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı”nın icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişikliklər edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsis edilib, məzuniyyət, vergi, sosial sığorta güzəştləri və imtiyazları müəyyən olunub.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Musa Quliyev deyib.
O bildirib ki, bu gün müzakirəyə çıxarılan Mənzil Məcəlləsinə, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlara təklif edilən dəyişikliklər də məhz bu sahədə görülən işlərin hüquqi bazasının təkmilləşdirilməsi, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusunun itirilməsi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Belə ki, Mənzil Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində yeni institut – İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaranacaq və bu fonda daxil olan yaşayış məntəqələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq.
Digər Xəbərlər
17 Iyun 2026 18:42
Çağırışçıların tibbi müayinələri bu kateqoriyalar üzrə aparılır
17 Iyun 2026 17:03
Xəstəxanalarda qayda yaradılmalıdır...
17 Iyun 2026 14:55
Kardinal Corc Kuvakad Şəkiyə səfər edib
17 Iyun 2026 14:16
Rəqəmsal səyyahlara şad xəbər
17 Iyun 2026 12:38
Regionlardakı həkim çatışmazlığı məsələsi Milli Məclisdə qaldırıldı
17 Iyun 2026 12:17
Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir
17 Iyun 2026 10:59
Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
17 Iyun 2026 10:26


Bakı -°C

