Azad edilmiş ərazilərdə komanda-qərargah təlimi - VİDEO
Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə komanda-qərargah təlimi keçirilib.
MN-dən Adalet.az-a verilən məlumata görə, təlimə cəlb olunan birlik, birləşmə və hissələr aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, təyin olunmuş rayonlara çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin edilib, həmçinin digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyətlər icra olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti komanda-qərargah təliminin gedişatını, o cümlədən bölmələrin ərazidə fəaliyyətini izləyib.
General-polkovnik Z.Həsənov səhra şəraitində açılan komanda idarəetmə məntəqəsinə gələrək fəaliyyətlərin təşkilini yoxlayıb, əməliyyatların aparılması zamanı komandir və qərargah zabitlərinin xəritə, eləcə də ərazinin maketi üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Qeyd edilib ki, Vətən müharibəsi və sonraki əməliyyatlarda qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla çətin relyefli ərazilərdə müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən təlimdə əsas məqsəd komandir və müvafiq vəzifəli şəxslərin bilik səviyyəsinin, eləcə də idarəetmə və çevik qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsidir.
Sonra general-polkovnik Z.Həsənovun rəhbərliyi ilə təlimin yekun iclası keçirilib.
Təlimin gedişatını müsbət qiymətləndirən nazir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb.
Müdafiə naziri Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib.
Sonda döyüş hazırlığının, o cümlədən hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, təlim və məşqlərin daha keyfiyyətli və intensiv keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.
Digər Xəbərlər
14 Mart 2026 19:46
Ramazanın 25-ci günü: dua, imsak və iftar vaxtı...
14 Mart 2026 16:53
Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi
14 Mart 2026 15:29
Pakistanlı diplomat İrandan ölkəmizə təxliyə olundu
13 Mart 2026 19:54
Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı
13 Mart 2026 19:01
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək - TƏSDİQLƏNDİ
13 Mart 2026 17:53
Kamran Əliyev ağac əkdi - FOTO
13 Mart 2026 17:36
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
13 Mart 2026 17:12


Bakı -°C

