Azad olunmuş ərazilərdə 21 ümumi təhsil müəssisəsi tikilib
Azad olunmuş ərazilərdə 21 ümumi təhsil müəssisəsi, 14 məktəbəqədər təhsil müəssisəsi tikilib.
Adalet.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında yer alıb.
Hesabata əsasən, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası istiqamətində işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun yaradılması işləri həyata keçirilib.
Ötən müddət ərzində 21 ümumi təhsil müəssisəsi, 14 məktəbəqədər təhsil müəssisəsi tikilib.
Fəaliyyət göstərən 20 ümumi təhsil müəssisəsində 3902 şagird təhsil alır və 370 nəfər təhsilverən, 131 nəfər texniki işçi çalışır.
Fəaliyyət göstərən 7 məktəbəqədər təhsil müəssisəsində 270 uşaq təhsil alır və 25 nəfər təhsilverən, 58 nəfər texniki işçi çalışır.
Həmçinin ötən illərdən investisiya büdcəsi hesabına əsaslı təmir olunan və ya tikilən 18 ümumi təhsil müəssisəsinin açılışı baş tutub. 137-si əsaslı olmaqla, 760 ümumi təhsil müəssisəsində təmir işləri aparılıb.
2026–2030-cu illər ərzində müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmirinin aparılması nəzərdə tutulur.
Digər Xəbərlər
26 Yanvar 2026 11:53
Azərbaycan Universitetinin 12 tələbəsi yaz semestrində xaricdə təhsil alacaq
26 Yanvar 2026 09:06
Bu gün qış tətilindən öncə son dərs günüdür
24 Yanvar 2026 11:35
Məktəblərdə qış tətili başlayır
23 Yanvar 2026 13:17
Eksternat imtahanları ilk dəfə elektron qaydada keçiriləcək
23 Yanvar 2026 12:43
Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlandı
23 Yanvar 2026 09:49
Gələn həftə məktəblərdə qış tətili başlayır
22 Yanvar 2026 16:45
İlk dəfə xüsusi məktəbdə peşə təmayüllü sinif təşkil edildi
22 Yanvar 2026 10:54


Bakı -°C

