Azər Aydəmir: “Teatra mütəmadi gedən deyiləm, təəssüf”
"Kod adı V.X.A." nı bir daha posterlərdə görsəniz, düşünmədən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı na gedin. Çünki bu bizim tariximizdir.
Adalet.az xəbər verir ki, bu fikirləri tanınmış aktyor Azər Aydəmir söyləyib.
“Deyirlər teatr tamaşalarına ta qədim zamanlardan gedənlər şouya, miqyasa baxmağa gedərdilər. Sonra klassika yarandı. “Olum ya ölüm” və o qəbildən ifadələr yüzilliklərlə səhnələrdən eṣidilirdi. Amma subyektiv fikir olaraq bildirim ki, həyəcan, qəhrəmanlara təəsüb, personajla empatiya qurmaq çətinləşirdi. Tamaşalar daha çox “kvota” doldurmaq üçün mövcud idi. Müasir mono və kamera tamaşalar da kifayət qədər maraqlı görsənir, amma görsənir, bu qədər. Onlardan da liberalizm, aşırı demokratik sous əlavə olunmuş yeməklərin dadı gəlirdi. Qeyd edim ki çox tamaşa görməmişəm. Teatra da mütəmadi gedən adam deyiləm. Təəsüf. Amma bu gün Mehriban Ələkbərzadənin "Kod adı V.X.A" tamaşına baxdım. Sanki müəllif qladiator döyüşlərindən bu yana "Люди требуют зрелище, люди требуют крови" çağırışını eşidib və teatr səhnəsində çoxdan gözlənilən Şounu yaratdı. Nəfəs kəsən, ağladan, həyəcanlandıran, tempi salan, anidən qaldıran, izdihamlı emosiyalar bayramı yaşatdı. Bu münasibətlə başda Mehriban xanım olmaqla, bütün biri-birindən istedadlı dostlarımı (aktyorları, aktrisaları), texniki heyyəti ürəkdən təbrik edirəm. Bu mövsüm təəssüf ki son seans idi. Amma "Kod adı V.X.A." nı bir daha posterlərdə görsəniz, düşünmədən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı na gedin. Çünki bu bizim tariximizdir”.
Emin
Digər Xəbərlər
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
09 Sentyabr 2026 09:51
Aleksandr Şarovski vəfat etdi
08 Sentyabr 2026 16:32
Elm, sənət və insanlıq zirvəsində - Gülnaz Abdullazadə
08 Sentyabr 2026 11:16


Bakı -°C

