Azər Qasımlının həbs müddəti uzadıldı

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Adalet.az APA-ya istinadən xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.
Məhkəmə Azər Qasımlının həbs qətimkan tədbirinin 2 ay müddətinə uzadılması barədə qərar verib.
Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.
Digər Xəbərlər

"23 nəfəri diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı" - VİDEO

"Erməni hərbçilər 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar" - Zərərçəkmiş

Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş etdirilib

"Azəriqaz" 83 min manatlıq məhkəməni uduzdu - İstixanaya əlavə borc yazırmış

“Meydan TV” işi üzrə daha bir nəfər saxlanıldı

"Suriyadan videolar göndərərək pul lazım olduğunu deyirdi" - Məhkəmə

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdilər - YENİLƏNİB + FOTOLAR
