adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
25 Mart 2024 22:00
1032
İDMAN

Azərbayan millisi Bolqarıstanla heç-heçə edib - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi Bakıda ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində sonuncu oyununu keçirib.

Adalet.az xəbər verir ki, yığmamız Tofiq Bəhramov adına Respublika Stadionunda Bolqarıstan seçməsini qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

*** 21:19

Bolqarıstan millisi yoldaşlıq oyununda hesabı açıb. 

Adalet.az xəbər verir ki, rəqib komandanın futbolçusu Filip Krastev 59-cu dəqiqədə fərqlənib.

*** 21:01

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsində keçirilən yoldaşlıq oyununda ikinci hissə başlayıb.

Adalet.az xəbər verir ki, hələlik matçda hesab açılmayıb.

20:25

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsindəki yoldaşlıq oyunu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:00-da start götürüb.

Görüşü estoniyalı hakim Kristo Tohver idarə edir.

*** 19:20

“FIFA series–Edition 2024” layihəsində üz-üzə gələcək Azərbaycan və Bolqarıstan millilərinin start heyətləri bəlli olub.

Adalet.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov, (k), 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

Bolqarıstan: 23. İvan Dulqerov, 6. Valentin Antov, 5. Aleks Petkov, 3. Jivko Atanasov, 26. Viktor Popov, 4. İliya Qruyev, 20. Filip Krastev, 7. Georgi Kostadinov, 22. İlian İliuev, 11. Kiril Despodov (k), 17. Aleksandr Kolev.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da start götürəcək.

09:00

Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində bu gün növbəti oyununu keçirəcək.

Adalet.az xəbər verir ki, yığma Bolqarıstan kollektivi ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlanacaq.

Görüşü estoniyalı hakim Kristo Tohver idarə edəcək.

“FIFA series – Edition 2024”

25 mart

20:00. Azərbaycan – Bolqarıstan

Baş hakim: Kristo Tohver (Estoniya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, komandamız ilk matçında Monqolustana, bolqarlar isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.