"Azərbaycan 54 orta gəlirli ölkələr sırasındadır" - Prezidentin köməkçisi
Dünya İnkişaf Hesabatının təqdimatı Dünya Bankının apardığı kompleks araşdırmanın məcmusudur. 30 il ərzində Azərbaycan sıfırdan müasir inkişaf etməkdə olan ölkəyə çevrilməyə müvəffəq olub.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Dünya inkişafı haqqında hesabat”ın təqdimatı zamanı deyib.
O bildirib ki, Azərbaycan hazırda 54 orta gəlirli ölkələr sırasındadır.
“Bu, qısa müddətdə çox əla nailiyyətdir. Bildiyiniz kimi, 90-cı illərdə ÜDM-in yarısından çoxu itirilmişdi. 1992-də Dünya Bankı ilə əməkdaşlığa başladıqdan sonra Azərbaycan çox ciddi transformasiyadan keçib. Dünya Bankı Azərbaycanın çox ciddi tərəfdaşı olub, o cümlədən səhiyyə, kənd təsərrüfatı sahələrində layihələrində həyata keçirilməsində çox yaxından iştirak edib. Dünya Bankı gələcəkdə innovasiyaların dəstəklənməsində bizim əsas tərəfdaşlarımızdan biri olaraq qalacaq”, - deyə Ş.Mövsümov qeyd edib.
Digər Xəbərlər
02 Oktyabr 2026 11:00
Bu hədəfin reallaşması Azərbaycana nə qədər valyuta gətirəcək?
01 Oktyabr 2026 11:08
Manatın məzənnəsi dəyişəcək? - AÇIQLAMA
01 Oktyabr 2026 10:58
"Qarabağ və Şərqi Zəngəzurda dövlət-özəl tərəfdaşlığı xüsusi diqqətdədir" - Nazir
01 Oktyabr 2026 10:53
“Ölkənin xarici ticarətində böyük müsbət saldo mövcuddur”
01 Oktyabr 2026 10:05
Azərbaycan nefti bahalaşdı
01 Oktyabr 2026 09:57
"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
30 Sentyabr 2026 17:19
Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı
30 Sentyabr 2026 16:38


Bakı -°C

