Azərbaycan BMT-də itkin düşmüş 71 uşağın taleyinin müəyyənləşdirilməsinə çağırıb
1990-cı illərin əvvəllərində itkin düşən 4 mindən çox azərbaycanlıdan 71-nin uşaq olduğu və onların taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq əməkdaşlığa ehtiyac duyulduğu bildirilib.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının III komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, itkin düşmüş uşaqların taleyinin müəyyənləşdirilməsi münaqişədən sonrakı dövrdə Azərbaycanın qarşılaşdığı aktual humanitar məsələlərdən biridir.
Ş.Hacıyev mina çirklənməsinin də ciddi təhlükə olaraq qaldığını bildirib. Qeyd edib ki, 1990-cı illərdən etibarən basdırılmış minalar nəticəsində 3,4 mindən çox insan həlak olub və ya ağır yaralanıb. Onların arasında uşaqlar və gənclər də var.
Diplomat "Böyük Qayıdış" proqramı çərçivəsində 2026–2027-ci tədris ilində məcburi köçkünlərin doğma yerlərinə qayıtmasından sonra 4 minə yaxın şagirdin təhsil müəssisələrində təhsil almaq imkanı əldə etdiyini diqqətə çatdırıb.
Azərbaycanın BMT-dəki nümayəndəsi həmçinin bildirib ki, 2026-cı ildə ölkədə uşaqların müdafiəsi mexanizmlərinin gücləndirilməsi və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə "Uşaq hüquqları haqqında" yeni qanun qəbul edilib.
Onun sözlərinə görə, uşaqlar Azərbaycan əhalisinin təxminən 30 faizini təşkil edir və onların müdafiəsi və inkişafı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir.
Digər Xəbərlər
13 Noyabr 2026 18:29
Prezidentlə xanımının İrlandiya səfəri BAŞA ÇATDI - VİDEO
13 Noyabr 2026 17:13
Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlandı
13 Noyabr 2026 12:57
"Azərbaycan Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb" - XİN
13 Noyabr 2026 11:12
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
13 Noyabr 2026 11:10
“Məkkə və Bədr müqavilələri ABŞ-nin bölgədə hegemoniyasının azalmasını...”
13 Noyabr 2026 10:30
“Bu görüşdə Yekun Sülh müqaviləsi üzrə Ermənistanın üzərinə düşən öhdəliyi...”
12 Noyabr 2026 21:00
İlham Əliyevlə Paşinyanın görüşü keçirilib - YENİLƏNİB -VİDEO
12 Noyabr 2026 18:36


Bakı -°C

