31 Avqust 2022 13:40
494
İDMAN

AZƏRBAYCAN  ÇEMPİONATINDA ƏN GÜLMƏLİ HADİSƏ

Deməli, «Kəpəz» Qəbələdə «Qəbələ» ilə oynayır. Şərhçi deyir:

- Top  qonaqların  kapitanı Asif Məmmədovdadı.  Qonaqlar  sürətlə  hücuma keçirlər.

Qonaq «Qəbələ» sayılır. Day bundan da gülməli bir şey yoxdu. Sanki «Kəpəz»lə məzələnirlər.

Əslində isə gülməli deyil, ağlamalıdı. Azərbaycan  futboluna  bir ayıbdı. 500 minlik  Gəncə şəhərinin stadionu hələ də  gəncəlilərin  üzünə bağlıdı. Nə vaxt açılacağı isə sərhədlərimizin nə vaxt açılacağı kimi sirrdi.