Bu gün Aşuradır

Bu gün Azərbaycanda Aşuradır.
Adalet.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Məhərrəm ayının 10-u - Aşura günü iyulun 5-nə təsadüf edir.
Qazılar Şurası dindarlara xatırladır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir.
QMİ Qazılar Şurası onu da diqqətə çatdırıb ki, “Dini etiqad azadlığı haqqında” Qanununun müddəalarına riayət edərək dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.
Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir.
İyul ayının 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək. Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, Məhərrəm ayı iyun ayının 26-dan başlayıb.
Digər Xəbərlər

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı oldu - VİDEO

Liderlər Xankəndidə bir arada - FOTOLAR + VİDEO

“Çox qəşəng yerdir” - Pezeşkian Şuşaya heyran qaldı - VİDEO

Dövlət Komitəsində Qərbi Azərbaycanla bağlı kitabın təqdimat mərasimi keçirilib

Qazaxıstan Xankəndidə Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb

Hərbçilərimiz “Anadolu Qartalı - 2025” beynəlxalq təlimində iştirak ediblər - VİDEO

Hərbi prokuror Naxçıvanda görüş keçirib
