Azərbaycan dünya inteqrasiyasında
Heç kəsə sirr deyil ki, bu gün dünyanın qabaqcıl iqtisadi inkişaf modelini öyrənmədən və mənimsəmədən yüksək tərəqqiyə nail olmaq mümkün deyil. Ən azından ona görə ki,ölkəmiz gec- tez inkişaf etmək üçün bu mərhələni keçməlidir. Təbii ki, bu mərhələni keçmək də bir o qədər asan və sadə deyildir. Bunun üçün hər bir ölkənin itisadi inkişaf strategiyası olmaqla yanaşı, onun Dünya və Avropa iqtisadi strategiyasına da keçmək və tərəqqi etmək qüvvəsi olmalıdır.
Bu gün demokratik və azad dövlətlərin möhkəm birliyi kimi Avropa faktiki olaraq vahid iqtisadiyyat sisteminə, müasir dünyanın əsas investisiya mərkəzinə, balanslaşdırılmış sosial siyasətə malik olmaqla beynəlxalq münasibətlrədə çox mühim rol oyanyır.
Avropa Komissiyasının sədri J.M.Barrozu bu barədə deyib: " Avropanın formalaşmaqda olan yeni dünyada rolu barədə mən belə düşünürəm: birincisi, AB şübhəsiz ki, qlobal subeyektdir, ikincisi, AB özünün spestik siyasətini həyata keçirir. Mən bunu səmərəli, çoxtərəfli yanaşma adlandırıram.
Üçüncüsü, öz spestik təbiəti sayəsində AB ən müxtəlif mənbə və xarakterini çağırışlara cavab verə bilən çoxsahəli xarici siyasət mexanizmlərinə malikdir. AB dünyada ən böyük ümumi bazara ÜDM-a malikdir".
Göründüyü kimi Avropada dünya iqtisadiyyasına inteqrasiya olunmaq o qədər də asan deyildir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan zaman- zaman öz milli, iqtisadi xəttini müəyyənləşdirməklə yanaşı, Avropa və Dünya iqtisadiyyatına inetqrasiya olunmaq üçün ciddi addımlar atıb və bu sahədə deyə bilərik ki, böyük uğurlar da əldə edib. Əlbəttə, müstəqillik dövründə hər bir ölkə köhnə iqtisadi sistemdən uzaqlaşmaqla yanaşı, yeni bir sistem də qurmağı bacarmalıdır. Bayaq dediyimiz kimi bu sistem heç də asanlıqla həyata keçirilmir. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə, eləcə ə Prezident İlham Əliyevin fəaliyyət göstərdiyi zaman kəsiyində çox fərəhlə deyə bilərik ki, Azərbaycan Cənubi Qafqazda Avropada dünya iqtisadiyyatına inteqrasiya olunan qabaqcıl ölkədir.
Təkcə bir faktı qeyd edə bilərik ki, Bakı-Ceyhan neft kəmərinin çəklişi ilə əsrin müqaviləsi gerçəkləşdi və ölkəmiz Avropanı neftlə təmin etməyə başladı.
Üstəlik, təbii qazın Avropaya ixracı da Azərbyacanın Avropa və dünyada iqtisadi nüfuzunu və siyası mövqeyini daha da gücləndirdi. Avropa bir daha yaxşı anladı ki, Cənubi Qafqazda nə Ermənistandan, nə də Gürcüstandan iqtisadi kömək gözləmək sadövlük olardı. Çünki, qısa zaman kəsiyində ölkəmizin Avropanın neçə- neçə ölkəsini neft və qazla təmin etməsi bir daha təsdiq etdi ki, artıq məmləkətimiz dünya iqtisadiyyatına çox sürətlə daxil olur.
Ölkəmizin Türkiyə, Rusiya, və eləcə də Qazaxstan, Türkmənistan, Qırğızstan, Tacikstan, Belarusiya ilə bununla yanaşı, digər MDB dövlətləri ilə iqtisadi və siyasi əlaqələrin yeni model üzərində qurulması tərəqqimizi bir qədər də artırdı. Artıq Azərbaycanın Bolqarstanla, Rumuniya ilə, Macarstanla, Albaniya ilə, o cümlədən, başqa Avropa dövlətləri ilə sıx iqtisadi əlaqələri zaman- zaman ölkəmizin nüfuzunu bir qədər də möhkəmlətdi. Artıq nəinki Avropada, hətta dünyada ölkəmizin beynəlxalq inteqrasiyaya daxil olması bir fakt kimi qəbul edilib. Və bununla da həmin qurumlar Azərbaycanın demokratik, iqtisadi cəhətdən güclü dövlət olduğunu qəbul edirlər. Başqa cür də ola bilməz!
Bu gün Azərbaycan qardaş Türkiyədə, Rusiyada və eləcə də yuxarıda adını çəkdiyimiz ölkələrin iqtsadiyyatına sərmayələr qoyur. Çox uzağa getməyək, qonşu Gürcüstanın iqtisadiyyatının inkişaf etməsi üçün ölkəmiz milyonlarla manat vəsait xərcləyib. Üstəlik də bu gün Qars-Gürcüstan-Bakı dəmiryol xəttinin çəkilişi çox uğurla davam edir. Bununla yanaşı, dünya və Avropa iqtisadiyyatına böyük xeyir verəcək Zəngəzur- Naxçıvan dəhlizinin tikintisi sürətlə davam edir.
Həm Horadiz-Ağbənd dəmiryol xəttinin inşası, həm də avtomobil yolunun tikintisi paralel aparılır. Əgər bu dediyimiz layihələr həyata keçirilərsə, bu işdən qonşu ölkələr və eləcə də digər Avropa ölkələri milyardlarla qazanc əldə edə bilərlər.
Görünən odur ki, bu gün Azərbyacanın iqtisadi cəhətdən iri addımlarla irəliləməsi bir çox qonşu ölkələrin narahatlığına səbəb olur. Bu narahatlıq da ən çox İranda və Ermənistanda yaranır.
Hansı ki, Zəngəzur dəhlizinin açılışından ən böyük xeyri bu iki ölkə əldə edə bilər. Onsuz da nəyin bahasına olursa, olsun, bu iqtisadi dəhliz açılacaq. Bu dəhlizin açılması tək Azərbyacanın deyil, Türkiyənin Rusiyanın və Avropanın böyük maraq dairəsindədir.
İqtsadiyyatın sürətli inkişafı üçün hər ölkədə sabitlik tələb olunur. Azərbaycan da dünyanın ən təhlükəsiz və sabit məmləkətidir.
Çünki ölkəmizə dünya şöhrətli siyasətçi Prezident İlham Əliyev rəhbərlik edir. 44 günlük İkinci Qarabağ savaşında Azərbyacan öz ərazi bütövlüyünü 30 ildən sonra bərpa etdi. Yəni, işğal altında olan torpaqlarımız azad olundu. Təbii ki, BMT-nin 4 qətnaməsi 30 il icra olunmadı, ermənilər beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymadı və nəticədə Azərbyacan ordusu işğal altında olan torpaqlarımızı yağı düşməndən təmizlədi. Bu unikal və tarixi hadisədən sonra Avropa dövlətlərinin Azərbyacnla siyasi və iqtisadi əlaqələri daha da möhkəmləndi. Tarix bir daha təsdiq etdi ki, demokratik hüquqi dövlət olan Azərbaycan öz inkişaf yolunu düzgün seçib və bu sahədə uğurlu adddımlar atıb.
Onu da qeyd edək ki, Azərbyacanın iqtisadi potensialı çox güclüdür. Kiçik məmləkət olmasına baxmayaraq, Azərbyacan yerüstü və yeraltı sərvətlərlə zəngindir. Xəzər dənizində aparılmış geoloji kəşfiyyatlar, tətqiqatlar bir daha təsdiq edir ki, ölkəmizin çox zəngin neft və qaz yataqları var.
Bu neft və qaz yataqları məmləkətimizə yüz milyardlarla dollar dəyərində xeyir gətirə bilər.
Təsadüfi deyil ki, bu gün Azərbyacanda neftin çıxarılmasında və yeni yataqların kəşf edilməsində ən yeni texnologiyalar istifadə olunur. Bu işdə İngiltərənin "BİPİ" şirkəti çox böyük işlər görüb. Bizim İngiltərə ilə və həmin şirkətlə sıx əlaqələrimiz bir daha təsdiq edir ki, Azərbaycan dünya iqtsadiyyatına bu günün özündə də sürətlə inteqrasiya olunur. Düzdür, müəyyən ölkələrin özləri bizim inkişafımızı götürmür.
Amma bu onların istəyindən aslı deyil. Çünki Azərbyacanın Avropa ölkələri ilə və eləcə də dünyanın bir çox dövlətləri ilə uzun illərdir sıx iqtisadi əlaqəsi var.
Kim nə deyir desin, Azərbaycanın inteqrasiyasını Avropa iqtisadiyyatına və dünya iqtisadiyyatına heç bir qüvvə saxlaya bilməz.
Ona görə ki, Azərbaycan dövlətinin öz müstəqil siyasəti və müstəqil iqtsadi sistemi var. Bu sistem üzərində qurulan inkişaf zaman- zaman daha da tərəqqi edəcək, ölkəmizin beynəlxalq aləmdə nüfuznu yüksəldəcək, dayanıqlı iqtisadi tərəqqi ilə çox ölkələri geridə qoyacaqdır.
Çünki Azərbyacan Prezidenti İlham Əliyev nəyi necə etməyi çox yaxşı bilir və bu yolda atdığı addımlar ölkəmizin siyasi və iqtisadi nüfuzunu daha da gücləndirir. Güclü Azərbyacan, həm də güclü iqtisadiyyat deməkdir!
Faiq QİSMƏTOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.