adalet.az header logo
  • Bakı -°C
28 May 2025 17:00
414
SİYASƏT
A- A+

Azərbaycan Ermənistanın ədalətsiz işğalı ilə heç vaxt barışmayıb - Prezident

Azərbaycan dövləti və xalqı Ermənistanın ədalətsiz işğalı ilə heç vaxt barışmayıb.

Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan daim öz haqq işini aparıb:

“Biz güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq. Bu, bizi qələbəyə aparan amildir. Bununla bərabər, gənc nəsli vətənpərvər ruhda yetişdirərək qələbəmizi şərtləndirdik”.