"Azərbaycan güclü ordusu, ədalətli hüquq sistemi ilə sülhün simvoluna çevrilib" - Şamil Ayrım

“Bu gün biz Azərbaycan tarixində ən mühüm günlərdən biri olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyini böyük şərəf və qürurla qeyd edirik”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxışı zamanı Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım deyib.
“Konstitusiya hər bir millətin varlığını, iradəsini və müstəqilliyini əbədiləşdirən ali sənəddir. O təkcə hüququ deyil, həm də milli ruhun, xalqın iradəsinin və dövlət suverenliyinin simvoludur. Belə ki, 12 noyabr 1995-ci il Azərbaycan xalqının taleyində yeni bir fəslin başlanğıcının qoyulduğu gündür. Həmin gün müstəqilliyini yenidən bərpa edən Azərbaycan qanunun aliliyinə, insan hüquqlarına və demokratik dəyərlərə əsaslanan müasir dövlətqurma idarəsini dünyaya bəyan edib. Bu böyük tarixi addımın memarı da Azərbaycanın Ümumilli Lideri Heydər Əliyev olub. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında ədalət, inkişaf, təhlükəsizlik və milli birlik prinsipləri ilə daha da güclənib. Müasir Azərbaycan güclü ordusu, müstəqil siyasəti və ədalətə əsaslanan hüquq sistemi ilə öz regionunda sülhün, sabitliyin və inkişafın simvoluna çevrilib. Bu gün biz Qarabağ qələbəsi ilə taclanan bir dövrdəyik. Belə ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı ilə yalnız öz torpaqlarını deyil, həm də konstitusional quruluşunu, suverenliyini bərpa edib, - deyə Şamil Ayrım bildirib.
Digər Xəbərlər
29 Oktyabr 2025 12:41 Milli Məclisdə beynəlxalq parlament konfransı keçirildi - YENİLƏNİB
29 Oktyabr 2025 12:07 "Qarabağ qələbəsi Türk dünyası üçün böyük qürur mənbəyidir" - Hasan Turan
29 Oktyabr 2025 10:40 “Keçmiş məcburi köçkünlərin təhlükəsiz yaşayışını təmin etmək üçün hər cür şərait yaradılır”
29 Oktyabr 2025 10:36 "Biz üç dövlət və bir millətik" - Pakistan Senatının sədri
29 Oktyabr 2025 10:30 "Konstitusiyamız xalqımızın tarixi təcrübəsini və azadlıq əzmini əks etdirir" - Spiker
29 Oktyabr 2025 10:18 Ceyhun Bayramov Omanın Kral Ofisinin naziri ilə görüşdü
29 Oktyabr 2025 10:01 Azərbaycan-Türkiyə müttəfiqliyi bundan sonra da inkişaf edəcək - Ceyhun Bayramov
29 Oktyabr 2025 09:59 

Bakı -°C 






