29 Oktyabr 2025 10:01
66
SİYASƏT

Azərbaycan-Türkiyə müttəfiqliyi bundan sonra da inkişaf edəcək - Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Respublika Günü münasibətilə təbrik edib.

Adalet.az-ın məlumatına görə, nazirin "X" sosial şəbəkəsində etdiyi paylaşımda deyilir:

"29 Oktyabr – Türkiyə Respublikasının qurulmasının qeyd olunduğu Respublika Günü münasibətilə qardaş və dost Türkiyəni ürəkdən təbrik edirəm.

Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilmişdir.

Əminəm ki, ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf edəcəkdir.

Bu xoş gündə, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram.

Respublika Günün mübarək!"