"Qarabağ qələbəsi Türk dünyası üçün böyük qürur mənbəyidir" - Hasan Turan

“30 il əvvəl qəbul edilmiş bu Konstitusiya Azərbaycan xalqının əsrlərdir davam edən dövlətçilik ənənəsinin ən gözəl ifadəsidir. Ali Baş Komandan İlham Əliyevin qüdrətli iradəsi ilə azad edilmiş torpaqlarda dalğalanan Azərbaycan bayrağı ədalətin və dirçəlişin rəmzinə çevrilib".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxışı zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) büro üzvü Hasan Turan deyib.
"44 günlük Vətən müharibəsinin sonunda əldə edilən Qarabağ qələbəsi həm də Türk dünyası üçün böyük qürur mənbəyidir. Qarabağın uzunmüddətli işğalına qarşı dik durmağı bacaran Azərbaycan haqlı mübarizəsini həm meydanda, həm də danışıqlar masasında qələbə ilə taclandıra bilib. Ermənistanla sülh prosesində əldə edilən müsbət irəliləyişləri alqışlayır, atılan addımlara görə Azərbaycanı bir daha təbrik edirik, - deyə Hasan Turan bildirib.
Digər Xəbərlər
29 Oktyabr 2025 12:41 Milli Məclisdə beynəlxalq parlament konfransı keçirildi - YENİLƏNİB
29 Oktyabr 2025 11:56 "Azərbaycan güclü ordusu, ədalətli hüquq sistemi ilə sülhün simvoluna çevrilib" - Şamil Ayrım
29 Oktyabr 2025 10:40 “Keçmiş məcburi köçkünlərin təhlükəsiz yaşayışını təmin etmək üçün hər cür şərait yaradılır”
29 Oktyabr 2025 10:36 "Biz üç dövlət və bir millətik" - Pakistan Senatının sədri
29 Oktyabr 2025 10:30 "Konstitusiyamız xalqımızın tarixi təcrübəsini və azadlıq əzmini əks etdirir" - Spiker
29 Oktyabr 2025 10:18 Ceyhun Bayramov Omanın Kral Ofisinin naziri ilə görüşdü
29 Oktyabr 2025 10:01 Azərbaycan-Türkiyə müttəfiqliyi bundan sonra da inkişaf edəcək - Ceyhun Bayramov
29 Oktyabr 2025 09:59 

Bakı -°C 






