Azərbaycan-İran sərhədində atışma: Yaralanan var - RƏSMİ

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə Adalet.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
12 avqust 2022-ci il tarixdə saat 01:55-də Yardımlı rayonu Deman kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən 2 nəfər naməlum şəxs müşahidə olunmuş və sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmışdır. Sərhəd pozucularına sərhəd naryadı tərəfindən "Dayan" komandası verilmiş, havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaratmış və təqibdən yayınmağa cəhd etmişlər. "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunmuşdur. Nəticədə 1 nəfər sərhəd pozucusu yaralanaraq saxlanılmış, digəri isə havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək İran ərazisinə qaçmağa müvəffəq olmuşdur. Yaralanmış sərhəd pozucusuna dərhal tibbi yardım göstərilmiş və xəstəxanaya təxliyə edilmişdir. İlkin araşdırma zamanı saxlanılmış şəxsin 1972-cı il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Nadirzadə Ağacan Nasir oğlu olması müəyyən edilib.
Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 7 kq 935 qram narkotik vasitəyə bənzər maddə ("marixuana"), bir ədəd tapança və ona məxsus patronlar aşkar olunaraq götürülüb.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər

Azərbaycanda professor vəfat etdi

Qubada 15 yaşlı qızı 35 yaşlı oğlana ərə vermək istədilər - Polis qarşısını aldı

Qızılağac Milli Parkındakı yanğın söndürüldü - VİDEO + YENİLƏNİB

Azyaşlının sükan arxasına keçməsi faciə ilə nəticələndi - FOTO

Mehdiabadda yaşayış binasında yanğın, sakinlər təxliyə olundu - VİDEO

Neftçalada 1 yaşlı körpəni anası yerə çırparaq öldürübmüş - VİDEO

Culfada ağır qəza - 4 nəfər öldü
