Azərbaycan lideri İtaliya Prezidentini təbrik edib
Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əlamətdar tarix – İtaliya Respublikasının yaranmasının 80-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır. Şadam ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, çoxölçülü strateji tərəfdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Biz İtaliya ilə münasibətlərimizin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk.
Keçən ilin oktyabrında Sizin Azərbaycana ikinci dəfə rəsmi səfər etməyiniz dövlətlərarası əlaqələrimizin və aramızdakı siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir. Səfər çərçivəsində İtaliya-Azərbaycan Universitetinin açılışında birgə iştirakımız ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafına ən ali səviyyədə göstərilən diqqətin təzahürüdür.
Siyasi əlaqələrimizin yüksək səviyyəsi Azərbaycan-İtaliya qarşılıqlı fəaliyyətinin inkişafında mühüm rol oynayır. Bu gün ikitərəfli gündəliyimizdə duran məsələlərin spektri çox genişdir. Uğurlu iqtisadi-ticari, enerji, sənaye istehsalı tərəfdaşlığından tutmuş təhsilə qədər uzanan və ildən-ilə yeni sahələri əhatə edən əməkdaşlığımız strateji xarakter daşıyır. İqtisadi əlaqələrimizin mövcud potensialının tam şəkildə reallaşdırılması, sərmayə, müdafiə, humanitar, o cümlədən yeni istiqamətlər üzrə əməkdaşlığın şaxələndirilməsi qarşımızda duran əsas məsələlərdəndir.
Əminəm ki, Azərbaycan-İtaliya dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İtaliya xalqına daim firavanlıq və rifah arzulayıram".
Digər Xəbərlər
24 Iyun 2026 19:50
Azərbaycanla İran arasında yeni əməkdaşlıq perspektivləri müzakirə edilib
24 Iyun 2026 18:41
İraq Prezidenti İlham Əliyevi təbrik etdi
24 Iyun 2026 18:18
Əli Əsədov Numan Kurtulmuşla görüşdü
24 Iyun 2026 18:11
"Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın" - İlham Əliyev
24 Iyun 2026 18:08
İlham Əliyev Bakıda Qalibafı qəbul etdi - FOTOLAR
24 Iyun 2026 18:06
"Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik" - Rəsmi Bakı
24 Iyun 2026 17:44
Sahibə Qafarova türk həmkarı ilə görüşdü
24 Iyun 2026 17:20


Bakı -°C

