"Azərbaycan millisi ilə tarixi nəticələrə imza atacağıq" - Fernandu Santuş
"İşimiz barədə danışmağa kifayət qədər vaxtımız olacaq".
Adalet.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş təqdimat mərasimində deyib.
Portuqaliyalı mütəxəssis ona göstərdiyi etimada görə AFFA rəhbərliyinə təşəkkür edib: "Danışıqlar müddətində layihələr mənə maraqlı gəldi. Bu anlaşma gələcək planları bir yerdə həyata keçirmək baxımından çox önəmlidir. Buraya gəlmişəmsə, deməli, AFFA rəhbərliyi mənə inanır".
Onun sözlərinə görə, uzunmüddətli layihə həyata keçiriləcək: "İnanıram ki, tarixi nəticələrə imza atacağıq. Böyük turnirlərdə olmaq istəyirik. Başqa təkliflər də var idi, lakin bu layihəyə inandığım üçün Azərbaycan millisini seçdim”.
Qeyd edək ki, Fernandu Santuş 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionluğunu qazanıb. Onun son iş yeri Türkiyənin "Beşiktaş" komandası olub.
Digər Xəbərlər
17 Sentyabr 2026 11:24
Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
17 Sentyabr 2026 09:11
Avropa Liqası: "Milan" "Benfika"ya uduzdu - VİDEO
16 Sentyabr 2026 17:30
“Kəpəz”dən azarkeşlərinə xəbərdarlıq
16 Sentyabr 2026 17:20
"Beşiktaş"da ciddi itki
16 Sentyabr 2026 16:45
Zubir: "Qurban Qurbanovla işlədiyim müddətdə çox şey öyrəndim"
16 Sentyabr 2026 16:18
Şahin Mustafayev yenə bu Federasiyanın prezidenti seçildi
16 Sentyabr 2026 15:47
"Arda Güler yeni Messidir, bütün planet görür" - VİDEO
16 Sentyabr 2026 13:10


Bakı -°C

