Azərbaycan millisi seçmə mərhələyə qələbəylə yekun vurdu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb.
Adalet.az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu yığma meydan sahibi Malta ilə qarşılaşıb.
13-cü qrupda yer alan təmsilçimiz Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda bu ölkədən olan həmyaşıdları ilə baş tutan matçda əzmkar qələbəyə sevinib. İlk yarısı qolsuz heç-heçə ilə başa çatan görüşün ikinci hissəsində maltalılar hesabı açsalar da, U-19 geridönüş edə bilib. Bir saatın tamamında "Sumqayıt"ın üzvü Nadir Orucov tarazlığı bərpa edib, 80-ci dəqiqədə isə "Qarabağ"lı Şahismayıl Cəfərov qələbə qolunu vurub.
Beləliklə, Elxan Abdullayevin komandası qrupu 3-cü yerdə başa vuraraq mübarizəni dayandırıb.
Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.
Digər Xəbərlər
16 Iyun 2026 09:41
İran-Yeni Zelandiya oyunu bərabərə qaldı
16 Iyun 2026 08:39
Uruqvay Səudiyyə Ərəbistanını uda bilmədi - Video
15 Iyun 2026 16:00
“Real Madrid” yeni transferini açıqladı
14 Iyun 2026 23:15
Almaniyadan böyükhesablı qələbə
14 Iyun 2026 17:10
"Bəzən ayağa qalxmaq üçün şillə yemək yaxşıdır" - Hakan Çalhanoğlu
14 Iyun 2026 12:00
Avstraliya - Türkiyə matçının ən yaxşı oyunçusu müəyyənləşdi
14 Iyun 2026 11:00
"Növbəti matçda daha yaxşı oynayacağıq" - Montella
14 Iyun 2026 10:00


Bakı -°C

