"Azərbaycan Ordusu artıq özünü təsdiqləyib" - İlham Əliyev
"Güclü ordu quruculuğu. Bu da Ulu Öndərin bizə olan vəsiyyəti idi".
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev noyabrın 21-də YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə deyib.
"Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik. Bəzi işlər ictimai diqqətə də təqdim edilirdi, bəzi işləri biz daha çox konfidensial, yəni, məxfi şəraitdə aparırdıq, bu da başadüşüləndir. Amma nəticə etibarilə elə bir qəhrəmanlıq, elə bir peşəkarlıq göstərdik ki, bu, bu gün bir çoxları üçün nümunədir", - dövlət başçısı bildirib.
Digər Xəbərlər
03 Oktyabr 2026 00:13
Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 İL ÖTÜR
03 Oktyabr 2026 00:06
Bu yolda sürət həddi endirildi
02 Oktyabr 2026 20:47
DTX-nin adından istifadə edərək sənətçinin pulunu ələ keçiriblər - VİDEO
02 Oktyabr 2026 20:11


Bakı -°C

