Azərbaycan Ordusunda kibertəhlükəsizliyə dair tədbirlər keçirilir

Müasir dövrün təhdidlərinə qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Müdafiə Nazirliyinin illik fəaliyyət planına əsasən kompleks tədbirlər həyata keçirilir.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, il ərzində Azərbaycan Ordusunda kibertəhlükəsizlik, dövlət sirrinin qorunması, rəqəmsal savadlılığın artırılması, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmətlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, həmçinin hərbi hissələrdə mütəmadi profilaktik tədbirlər keçirilir.
Tədbirlərdə "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun maddələrinin tələbləri, kibertəhdid və təhlükələrə qarşı mübarizə üsulları, internet resurslarından təhlükəsiz şəkildə istifadə qaydalarına əməl etmək - kibergigiyena, kiberhücumlardan qorunma yolları, həmçinin məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının qorunması məqsədilə informasiya təhlükəsizliyinin əhəmiyyəti hərbi qulluqçulara izah olunur, onları maraqlandıran suallar cavablandırılır.
Digər Xəbərlər

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Leyla Əliyevadan uşaqlarla bağlı PAYLAŞIM - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO

Mehriban Əliyevadan Uşaqlar Günü PAYLAŞIMI - FOTO

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Türkiyə və Gürcüstandan olan din xadimləri Ağdamda

Bu lampalara görə 5 min cərimələnəcəksiz
