Azərbaycan Pakistana 2 milyard dollar sərmayə yatıracaq

Azərbaycan və Pakistan milyardlarla dollarlıq sazişlər imzalayacaq.
Adalet.az bu barədə report-a istinadən xəbər verir.
Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Müvafiq investisiya sazişləri Pakistan Baş naziri Şahbaz Şərifin ayın sonunda Bakıya gözlənilən səfəri zamanı imzalanacaq:
“Hazırda Bakıda Pakistan nümayəndə heyətinə rəhbərlik edən özəlləşdirmə, investisiya və rabitə naziri Abdul Alim Xan bildirib ki, Baş nazir Şahbaz bu ay Mərkəzi Asiya ölkələrinə səfər edəcək və Pakistanda investisiya qoyuluşu üçün Azərbaycanla 2 milyard dollar dəyərində sazişlər imzalanacaq”.
Əsas investisiya istiqamətlərinə neft və qaz kəşfiyyatı, bərpa olunan enerji və enerji səmərəliliyinin inkişafı daxildir.
Xatırladaq ki, ötən gün SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının özəlləşdirmə, nəqliyyat və investisiya naziri Alim Xan ilə görüşmüşdü.
Digər Xəbərlər

"Ola bilər kabinetlərdə oturaraq bəzi şeyləri görmürük" - Əli Əsədov

"Deputatlar tərəfindən söylənilən fikirlərin bəziləri ilə razı deyilik" - Baş nazir

Ötən il hasil edilən neft və qazın həcmi açıqlandı

İndiyə qədər azad olunmuş ərazilərə ayrılan vəsait açıqlanıb

"Qəzalı binalarla bağlı problemlərin həlli üçün vəsait nəzərdə tutulub"

"İllik inflyasiya hədəf diapazonu daxilində olub" - Baş nazir

Ötən il Azərbaycanda 781,8 milyon manatlıq hərbi məhsul istehsal edilib
