Azərbaycan qadını - Zaur Əliyev yazır

Qədimdə Azərbaycan xanımlarının geyimləri barədə çox müzakirə aparılıb. Hər dəfə də müxtəlif fikirlərlə rastlaşmışam. Azərbaycan qadını niyə tarixən gündüz və gecələr qalın geyimdən istifadə edib sualın tez tez eşidirəm. Bunun cavabını qısa olaraq yazıram..
Məlumdur ki, dünya yaranan gündən xalqlar və dövlətlər arasında daima qənimət və torpaq uğrunda savaşlar olub. Qədim türklərdən tutmuş bu coğrafiyada yaşayan bütün aborigen xalqlar ən çox gecələr düşmən hücumundan qorxudurlar. Buna görə də Azərbaycanda qadınlar hər axşam yatmağa xüsusi hazırlaşırdılar. Yaxası, qolları qapalı paltara üstünlük verir, üst geyimini ikisini üst-üstə geyinirdilər. Bilirsiz niyə? Çünki düşmən hücumu zamanı qadınlar daha çox şiddətə məruz qalırdılar, qorxudurlar ki, birdən üstəki cırılar, altdakı qalsın, əgər onlar düşmən tərəfindən öldürülürlərdisə onların cəsədlərini götürənlərin yanında namuslarını qoruya bilsinlər. Cavan gəlinlər şalvarda yatır, şalvar daha qapalıdır. Donun altından şalvar geyinənlər daha çoxluq təşkil edirdilər. Buna görə milli geyim atributlarında donun altında şalvar geyinilirdi. Birinci Qarabağ müharibəsində də, Zəfər müharibəsində də döyüş bölgələrində qadınlarımız qədim adətləri davam etdiriblər.
Azərbaycan qadını hər şeydə öncə Namusun düşünüb, ailəsinin adını düşünüb. Bu gün bəzi tik tokda, sosial mediada rast gəldiklərimiz Azərbaycan qadını deyil deməyin. Onlar da bizim xalqın övladlarıdır, sadəcə bir pis dövrün qurbanlarıdır.
Azərbaycan qadını haqqında pis heç nə demək olmaz. Azərbaycan qadını barəsində danışanda hörmətlə ayağa durmaq lazımdır. Azərbaycan qadını bu gün çox çətinliklər yaşayır, mənəvi zorakılıq və fiziki zorakılıq onları qorxu içərisində saxlayır. Bu gün Azərbaycan qadını zorakılığa məruz qalırsa bunun bir günahı var. Hüquq sistemi və ədalətin bərabərsiz bölünməsi.
Azərbaycan qadını haqqında o qədər gözəl sözlər demək olar ki..sözləri düzsən ard arda dünyanın üç dəfə dairə vurmaq olacaq...
Dünyada yeganə xalqıq ki, qadına XAN-ım deyirik. Yəni Qadınlığın bütün gözəl sifətlərini özündə cəmləşdirən şəxs...
Şairə Fərqanə xanım şeirində necə deyir:
Gülümsə, məcburan hər gün gülməyə,
Qayğısız, bəxtəvər, şad görünməyə.
Onsuz da hazırsan hər gün ölməyə
Əcəl qapısında dayanan qadın.
Allah sizləri qorusun Azərbaycan qadını
Tək 8 mart günü yox, ilin 365 günü sizindir
Digər Xəbərlər

“Söz”ün Sevdası

Millət vəkili, yazıçı Aqil Abbasla görüş keçirilib - REPORTAJ

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır
