Azərbaycan Qazaxıstanda beynəlxalq teatr festivalında təmsil olunur

Qazaxıstanın paytaxtı Astanada III “Teatral” Beynəlxalq Teatr Festivalı təşkil olunub.
Adalet.az xəbər verir ki, Qazaxıstanın yazıçı-dramaturqu, Dövlət mükafatı laureatı Roza Mukanovanın 60 illik yubileyinə həsr olunan festivala bir sıra ölkələrdən teatr və sənət mütəxəssisləri qatılıblar.
Festivalda Azərbaycanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qazax Dövlət Dram Teatrı təmsil edir. Yaradıcı heyət yubilyar müəllifin “Bir çətir altında – mən” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı göstərəcək.
İnsan münasibətlərinin ön plana çıxarıldığı psixoloji dramın quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarovadır.
Festival noyabrın 3-dək davam edəcək.
Digər Xəbərlər

“Mənim verilişimi bağlatdırıb işdən çıxartdıran Ramiz Mehdiyev oldu...”

Məşhur aktyor vəfat etdi

Mədəniyyət Nazirliyi Ramiz Quliyevin ölümü ilə bağlı nekroloq yaydı

Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB

Məşhur filmin qəhrəmanları görüşdülər

Prezident və xanımı Ramiz Quliyevlə vida mərasiminə əklil göndərib

TEATR NƏZƏRİYYƏSİNƏ GƏTİRİLƏN YENİLİK - “QEYRİ-SƏLİS MƏNTİQ VƏ TEATR” KONSEPSİYASI
