adalet.az header logo
  • Bakı -°C
19 Fevral 2026 12:41
69
İQTİSADİYYAT
A- A+

"Azərbaycan regional təhlükəsizliyin qorunmasında rolunu artırıb" - Deputat

"Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir".

Adalet.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, 26 dövlət artıq Sülh Şurasına qoşulub və daha 6 ölkə təmsil olunacağını bəyan edib:

"İtaliya daxil olmaqla Avropa İttifaqının 5 ölkəsi Sülh Şurasının ilk iclasına qatılmaq qərarı verib. Meksika da iclasda iştirak edəcək ölkələr sırasındadır. Qəzzanın bərpası üçün Şuraya üzv olan dövlətlər tərəfindən 5 milyard dollar ianə olunmasının ilk iclasda ABŞ Prezidentinin bəyan edəcəyi gözlənilir. BMT-nin qiymətləndirmələrinə görə, Fələstinin tam bərpası üçün 70 milyard dollar tələb olunur. Çox vektorlu xarici siyasət Azərbaycanın Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb. Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra Birləşmiş Ştatlar ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı müşahidə olunur. Qafqazda sülhə töhvə verməyə çalışan ABŞ ilə ikitərəfli əlaqələrimiz də genişlənir.

Azərbaycan Yaxın Şərqdə sülh və stabilliyin əldə edilməsində və qorunub saxlanmasında maraqlı ölkədir. Yaxın Şərq dövlətləri ilə əlaqələri son illər daha da gücləndirən Azərbaycan bir sıra region ölkələri ilə birgə layihələr reallaşdırır. Yeni qlobal və regional düzən fonunda Azərbaycanın geosiyasi mövqeyi daha da güclənməkdədir".