Azərbaycan-Tacikistan əlaqələrində əldə olunmuş uğurlar

Prezident İlham Əliyev: “Qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik etmək istərdim”
Son illərdə Azərbaycan–Tacikistan əlaqələrində bir sıra uğurlar və nailiyyətlər əldə olunub. Öncə iki ölkəninin münasibətlərinin tarixinə nəzər yetirək. Belə ki, Azərbaycan ilə Tacikistan arasında diplomatik münasibətlər 1992 ci ildə qurulub. Hər iki ölkə ortaq tarixə, mədəni və dil mədəniyyət bağlarına malikdirlər və bunlar müasir dövrdə də əlaqələrin güclənməsinə stimul verən əsas amillərdən biridir. Liderlərin qarşılıqlı səfərləri, imzalanan razılaşmalar, iqtisadi, mədəni və humanitar əməkdaşlığın genişləndirilməsi bu dostluq münasibətlərinin möhkəmləndiyini göstərir. 23 may 2024 cü ildə Azərbaycan və Tacikistan arasında Strateji tərəfdaşlıq haqqında deklarasiya imzalanıb. Bu sənəd iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsini, müxtəlif sahələrdə əməkdaşlığın sistemli şəkildə genişləndirilməsini məqsədləndirir. Eyni zamanda ədliyyə sahəsində, məhkəmə icra sistemində, statistika sahəsində, həmçinin rəqəmsal inkişaf və nəqliyyat sahəsində əməkdaşlıq memorandumları bağlanıb. Bu, əlaqələrin yalnız iqtisadi deyil, həm də institusional və idarəetmə səviyyəsində inkişaf etdiyini göstərir.
İqtisadi sahədə əlaqələr son illərdə ciddi şəkildə genişlənib və müxtəlif istiqamətlərdə layihələr reallaşmaqdadır. Azərbaycanda təşkil olunan iş forumlarında Tacikistan və Azərbaycan şirkətləri arasında investisiya, sənaye, kənd təsərrüfatı, tekstil, neft‐emal sənayesi yönümlü layihələr barədə razılaşmalar imzalanıb. Tacik Alüminium Şirkəti (TALCO) ilə Azeraluminium arasında əməkdaşlıq müqaviləsi bağlanıb; TALCO‐nun modernləşdirilməsi, alüminium, krialit və alüminium fluorid maddələrinin tədarükü kimi sahələrdə ortaq layihələr planlaşdırılır. Azərbaycan və Tacikistan arasında may 2024 iş forumunda ümumilikdə təxminən 700 milyon dollar dəyərində layihələrin ilkin texniki‐iqtisadi araşdırması aparılır. Bu layihələr arasında kənd təsərrüfatı, tekstil, neft məhsullarının emalı, pambıq yetişdirilməsi və pambıq toxumlarının emalı, alüminium emalı sahələri var. Tacik‐Azərbaycan Hökumətlərarası Komissiyanın iqtisadi əməkdaşlıq üzrə toplantılarında (məsələn, yeddinci iclas) yaşıl enerji, sənaye müəssisələri, nəqliyyat logistika və kənd təsərrüfatı sahələrində konkret təşəbbüslərin həyata keçirilməsi barədə razılıq əldə edilib. 2025 ci ilin ilk yarısında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə dəfələrlə artıb. Məsələn, yanvar iyun 2025 ci ildə Tacikistana Azərbaycan ixracı və Tacikistandan idxalın həcmi artıb. Azərbaycanın Tacikistandan idxal etdiyi mallar arasında meyvə qurusu məhsullar (qurudulmuş ərik və s.), yumurta, pambıq ipliyi və s. vardır; Tacikistana ixrac olunan məhsullarda isə ərzaq məhsulları, ağ şəkər, bitki yağları, telekommunikasiya üçün elektrik keçiriciləri və digər mallar yer alır.
Prezident İlham Əliyev oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında Azərbaycan və Tacikistanın əlaqələrinin perspektivlərindən danışıb. Dövlətimizin başçısı Tacikistana, onun rəhbəri Emomali Rəhmonun siyasəti çərçivəsində əldə olunan uğurlar və nailiyyətlər münasibətilə səmimi təbriklərini bildirib. Xüsusilə Düşənbənin inkişaf tempindən, yeni binaların tikilməsindən və ümumi şəhərsalma baxımından gözəgörünən dəyişikliklərdən danışıb. Bakı Düşənbə münasibətlərinin isə qardaşlıq, dostluq və qarşılıqlı dəstək üzərində qurulduğunu vurğulayıb, bu münasibətlərin gələcəkdə daha da genişlənməsinin böyük potensiala malik olduğunu qeyd edib. Bu çıxış, Tacikistanın inkişafı, Düşənbənin simasının dəyişməsi və şəhərin ildən ilə daha da gözəlləşməsi baxımından Azərbaycan rəhbərinin yüksək qiymət verdiyini vurğulayır.
Prezidentin dedikləri təkcə rəmzi ifadələr deyil; faktlara əsaslanaraq Düşənbə son illərdə bir sıra mühüm layihələr həyata keçirib, şəhərin infrastrukturu və urban mühiti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Şəhərin mərkəzi küçələrində, hökumət və parlament binaları arasında yeni tikililər diqqəti çəkir. Çin tərəfindən maliyyələşdirilmiş və architektura baxımından həm müasir, həm də milli elementləri özündə birləşdirən hökumət və parlament binalarının tikilməsi Düşənbənin görünüşünü və paytaxt statusunu daha da gücləndirir.
Cənab Prezidentin çıxışında Bakı Düşənbə əlaqələrindən danışılması bu münasibətlərin dərinliyini göstərir. Azərbaycan və Tacikistan arasında tarixi dostluq və qardaşlıq əlaqələri mövcuddur, xüsusilə 1990 cı illərin ağır dövrlərində hər iki ölkənin qarşılaşdığı problemlərin formalaşdırdığı siyasi iradə və ümumi məqsədlər bu münasibətlərin əsasını qoyub. İnfrastruktur, humanitar sahə, iqtisadi və mədəni əməkdaşlıq potensialı yüksəkdir. Hər iki ölkə üçün stabil inkişaf, investisiya atmosferinin yaxşılaşdırılması, regional əməkdaşlığın genişləndirilməsi önəm daşıyır. Prezident Aliyev bu kontekstdə Bakı Düşənbə münasibətlərinin gələcəkdə daha da inkişaf etdiriləcəyini vurğulayıb. Tacikistanın, xüsusilə Düşənbənin inkişafı, yalnız ölkə daxilində deyil, regionda da nümunəvi bir model kimi görünür. Prezident Rəhmonun rəhbərliyi altında aparılan siyasətlər şəhərsalma, infrastruktur inkişafı və sosial proqramların ardıcıl həyata keçirilməsi sayəsində bu sürətli inkişaf mümkün olub. Sabitlik investisiyaların cəlb olunmasına və yerli layihələrin reallaşmasına şərait yaradır. Tacikistan müxtəlif beynəlxalq maliyyə institutları, donorlar və tərəfdaşlarla əməkdaşlıq edir. Çin yardımı, EBRD və UNDP layihələri, Yaponiya fondu və b. kimi ölkələrdən gələn dəstək şəhərin inkişafında xüsusilə vacib olub. Bu cür layihələr yalnız tikinti işləri deyil, eyni zamanda ətraf mühitin qorunması, yaşanabilirliyin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətindədir.
Tacikistan və onun paytaxtı Düşənbə son illərdə göstəriş verən bir inkişaf mərhələsinə qədəm qoyub. Yeni binalar, modern infrastruktur, müasir xidmətlər və insanların yaşam şəraitinin yaxşılaşması bu inkişafın əsas sütunlarından biridir. Prezident İlham Əliyevin çıxışı bu inkişafın həm dost münasibəti çərçivəsində qiymətləndirilməsi, həm də regionda mehriban qonşuluq, əməkdaşlıq ruhunun möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Düşənbənin ildən ilə gözəlləşməsi və inkişaf etməsi həm Tacik xalqı üçün böyük uğurdur, həm də Azərbaycan Tacikistan əlaqələrini daha da dərinləşdirəcək bir zəmin yaradır. Gələcəkdə bu əlaqələrin həm iqtisadi, həm mədəni, həm də şəhərsalma sahələrində daha çox layihə və əməkdaşlıqla zənginləşməsi mümkündür.
Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent