Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir - Pezeşkian

"Bizim ana dilimizdə təhsillə bağlı problemimiz var. Bunu danmaq düzgün deyil. İran Azərbaycanında özünü türk adlandıranlara xor baxmaq olmaz. Bu insanların ana dili türkcədir, etnik mənsubiyyəti türkdür".
Adalet.az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
"Özlərinə başqa heç nə deyə bilməzlər, uydurma adlar isə qəbuledilməzdir. Onların ana dilində təhsili İranın həm milli, həm də beynəlxalq öhdəliyidir. İranın ayrılmaz bir parçası olan milyonlarla türkün ana dili olduğu üçün türkcə təhsil məsələsinə xüsusi yanaşmalıyıq.
Şəhriyarın danışdığı və yazdığı dil türkcədir, bu dildə şeir deyəndə əsəbiləşmək məntiqsizdir. Şəhriyar İran tarixinin ən parlaq simasıdır.
Ümumiyyətlə, türk, ərəb və bütün digər dillər İranın ayrılmaz sərvətidir. Son 12 günlük müharibə göstərdi ki, İranın milli sərvəti onun milli birliyidir. Ona görə də xalqın özünüifadəsi onun təbii haqqıdır", - deyə o vurğulayıb.
Digər Xəbərlər

Ərdoğan: Suriyanın yeni rəhbərliyi ilə əlaqələrin inkişaf etdirilməsi vacibdir

Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”

Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr aparıldı

Ərdoğan Şuşanın İƏT-in 2026 mədəniyyət paytaxtı seçilməsi münasibətilə təbrik edib

Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"

Azərbaycan-Özbəkistan münasibətləri: Bölgənin gələcəyini müəyyənləşdirəcək əsas sütunlardan biri

"Xankəndi Qafqazın yeni inkişaf və sülh mərkəzi olacaq" - Ərdoğan
