Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli görüşü olub
Avazada Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Azərbaycanın Baş naziri Əli Əsədov arasında üçtərəfli görüş keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Türkmənistan Xalq Məsləhətinin sədrinə və Özbəksitanın dövlət başçısına çatdırıb.
Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlıqlarını bildiriblər, onların da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş ediblər.
Qurbanqulu Berdıməhəmmədov və Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya ölkələri ailəsində, Dövlət başçılarının Məşvərət şurasında xüsusi yerinin olduğunu, Azərbaycan Prezidentinin bu istiqamətdə çox iş gördüyünü vurğulayıb və Azərbaycanın region ölkələri ilə birlikdə Avrasiya, habelə bütün dünya üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Q.Berdiməhəmmədov Mərkəzi Asiya ölkələri və Azərbaycan formatının artıq faktiki olaraq mövcud olduğunu, bu əməkdaşlığın günün tələbinə çevrildiyini və bu formatın daimi praktikaya çevrilməsinin zəruriliyini qeyd edib.
Türkmənistan Xalq Məsləhətinin sədri Prezident İlham Əliyevin Azərbaycan-Türkmənistan-Özbəkistan formatında əməkdaşlığı vacib saydığını qeyd edib və bu görüşü belə bir yeni formatın əsasının qoyulması kimi qiymətləndirib.
Üçtərəfli formatın ilk görüşündə humanitar, mədəni əlaqələrin inkişafının vacibliyi və iqtisadi əməkdaşlıq mövzuları müzakirə edilib.
İqtisadi sahədə ən aktual istiqamətlər kimi nəqliyyat, logistika, enerji sektorlarında strateji əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədov Azərbaycanda səfərdə olarkən Prezident İlham Əliyevlə Füzuli rayonunda məscidin tikintisi, habelə Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşması ilə bağlı razılığın əldə olunduğunu bildirib.
Digər Xəbərlər
13 Iyul 2026 13:33
Parlamentin son iclasının tarixi
13 Iyul 2026 13:21
Deputat yeni qanunu “torpaq amnistiyası“ adlandırdı
13 Iyul 2026 12:30
"Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir"
13 Iyul 2026 12:10
İlham Əliyev: Cənubi Qafqaz geosiyasi qarşıdurma arenası kimi qəbul edilməməlidir
13 Iyul 2026 12:03
İlham Əliyev: Cənubi Qafqazda vəziyyət kəskin şəkildə dəyişib
13 Iyul 2026 11:53
"Rusiya-Ukrayna müharibəsi dayandırılmalıdır" - Dövlət başçısı
13 Iyul 2026 11:38
"Məsuliyyətli olun, münasibətləri normallaşdırın" - İlham Əliyevdən qonşu ölkələrə çağırış
13 Iyul 2026 11:22


Bakı -°C

