Azərbaycan Universiteti XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir
Azərbaycan Universiteti Bakı Ekspo Mərkəzində keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə təmsil olunur. Universitetin stendində əsasən, professor-müəllim heyətinin dərslik və dərs vəsaitləri, universitetin nəşrləri, elmi jurnallar, konfrans materialları nümayiş olunur.
Stendlə tanışlıq zamanı ziyarətçilərə Azərbaycan Universiteti haqqında ətraflı məlumat verilir, sualları cavablandırılır.
Bu il “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunan sərgidə Azərbaycanla yanaşı Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər, Rusiya, Gürcüstan və digər ölkələrin görkəmli yazarları, elm adamları da təmsil olunacaq.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun nümayəndələri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi oktyabrın 7-dək davam edəcək.
Digər Xəbərlər
01 May 2026 17:13
Şehlə günahını yuyan şair - Ağacəfər Həsənli - Esmira İsmayılova yazır
01 May 2026 15:38
““ULDUZ”LU GÖRÜŞLƏR”: budəfəki qonaq yazıçı-publisist Təranə Vahid olub - FOTOLAR
01 May 2026 09:42
"Adamın adamı" - Pərvanə Bayramqızı yazır
30 Aprel 2026 10:41
Əbülfət Mədətoğlu: Allah
29 Aprel 2026 13:44
Nizami Gəncəvi yaradıcılığında qadın obrazlarının müasir interpretasiyası
29 Aprel 2026 10:10
Əbülfət Mədətoğlu:O qız indi , nə iş görür ilahi?!.
28 Aprel 2026 14:53
Əbülfət Mədətoğlu: Sənlə birgə, biz qocaltdıq illəri...
27 Aprel 2026 15:00


Bakı -°C

