Azərbaycan və Ermənistanın nümayəndə heyətlərinin növbəti görüşü oldu

Sentyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub.
Adalet.az xəbər verir ki, Bu il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.
Nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər

“ACWA Power” şirkətinin təsisçisi İlham Əliyevə məktub göndərdi

Azərbaycan və Macarıstan arasında 3 sənəd imzalanıb

Azərbaycan və Macarıstan arasında hökumətlərarası komissiyanın iclası keçirilib - YENİLƏNİB

Baş nazir FƏRMAN İMZALADI

Kreml Bakıdan nə istəyir? - Zatulin etiraf etdi - ŞOK DETALLAR

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

Çin ikinci qütbü rəsmiləşdirdi – Dünya hara gedir? - Səxavət Məmməd yazır
