Azərbaycan və İran Astara terminalının tikintisinə dair müqavilə imzalayıb
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və İran Dəmir Yolları arasında “Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair Strateji Əməkdaşlıq Planı” imzalanıb.
Adalet.az səhmdar cəmiyyətə istinadən xəbər verir ki, müqavilə ADY sədri Rövşən Rüstəmovun Tehranda keçirilmiş Azərbaycan–İran Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşdə imzalanıb.
Dəmiryol rəhbərləri İranın Astara şəhərində yerləşən yük terminalının fəaliyyətinin genişləndirilməsi və terminalda aparılan işləri müzakirə ediblər.
Sənəd Azərbaycan və İran arasında 16-cı Hökumətlərarası Birgə Komissiyanın Protokolunun dəmiryol bölməsinə əsaslanaraq Astara terminalının Baş Planının təsdiqlənməsi, terminalda tikinti işlərinin bu ilin sonunadək tamamlanması, yekun investisiyaların tanınması və digər məsələləri əhatə edir.
Həm Azərbaycan, həm də İran ərazisindəki Astara terminalları Şimal-Cənub dəhlizi üzrə artan yükaşırma həcmlərinin daha sürətli və effektiv həyata keçirilməsinə, dəhlizin strateji potensialının reallaşdırılmasına, eləcə də Azərbaycanın və İranın nəqliyyat infrastrukturunun gücləndirilməsinə və regional ticarətin inkişafına imkan verir.
Digər Xəbərlər
26 Sentyabr 2026 09:45
Daxili siyasətin əsas prioritetlərindən biri açıqlandı
26 Sentyabr 2026 09:30
Azərbaycana 350 milyard dollar investisiya yatırılıb
25 Sentyabr 2026 21:21
II Beynəlxalq İnvestisiya Forumunun ilk günü başa çatdı
25 Sentyabr 2026 13:58
TRİPP mühüm vasitədir - Diplomat
25 Sentyabr 2026 12:58
AIIF çərçivəsində 12 sənəd imzalandı - YENİLƏNİB
25 Sentyabr 2026 12:03
"Öz iqtisadiyyatımıza investisiya qoymaqdan çəkinmirik" - Nazir
25 Sentyabr 2026 08:51
"Onlardan 406 müəssisə özəl sektorun təmsilçisidir"
24 Sentyabr 2026 22:26


Bakı -°C

