Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan azad edir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Ahmed Ibrahim ilə görüşüb.
Azərbaycan XİN-dən Adalet.az-a verilən məlumata görə, nazirlər Azərbaycan–Sudan münasibətlərinin cari gündəliyini, o cümlədən siyasi, iqtisadi, humanitar, təhsil, enerji, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Tərəflər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin əhəmiyyətini vurğulayıblar.
BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri də diqqət mərkəzində olub.
Nazir Ceyhun Bayramov Sudan tərəfini postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa və minatəmizləmə işləri, eləcə də regional bağlantı və nəqliyyat təşəbbüsləri barədə məlumatlandırıb.
Sudan tərəfi Azərbaycanın dövlət idarəçiliyi, ASAN xidmət, rəqəmsal inkişaf və infrastruktur quruculuğu sahəsindəki təcrübəsinə maraq göstərib, həmçinin sudanlı tələbələr üçün ayrılmış təqaüd proqramlarına görə təşəkkürünü ifadə edib.
Səfər çərçivəsində Azərbaycan və Sudan hökumətləri arasında diplomatik pasport sahibləri üçün qarşılıqlı viza tələbinin ləğvinə dair saziş imzalanıb.
Digər Xəbərlər
27 Iyun 2026 19:05
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
26 Iyun 2026 18:07
Gücü olan qaydanı qoyur - Səxavət Məmməd yazır
26 Iyun 2026 17:30
Türkiyəli deputat AŞPA-da Azərbaycanı müdafiə etdi
26 Iyun 2026 17:16
Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
26 Iyun 2026 11:41
“Düşmənin bir neçə milyard dollar dəyəri olan hava hücumundan müdafiə sistemlərinin...”
26 Iyun 2026 11:07
“Ordumuz təkcə regionun deyil, dünyanın nüfuzlu orduları sırasında öz layiqli yerini tutdu”
25 Iyun 2026 19:28
Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hikmət Hacıyev
25 Iyun 2026 14:48


Bakı -°C

