Azərbaycan və Xorvatiya arasında müxtəlif sahələr üzrə əməkdaşlıq dərinləşir - FOTOLAR
Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Könül Nurullayeva, qrupun üzvləri Eldar Quliyev və Kamran Bayramov Xorvatiyaya səfər çərçivəsində Karlovaç şəhərində olublar. Burada millət vəkilləri vilayət rəhbəri Martina Furdek Hajdin, şəhərin icra başçısının müavini İvano Foçiç, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maya Qrba Bujeviç, Karlovaç İqtisadiyyatının Xorvatiya Palatasının prezidenti Zlatko Kuzman, Karlovaç vilayətinin Xorvatiya Turizm Şurasının prezidenti Zelko Fanyak, Xorvatiya Parlamentinin Qanunvericilik Komitəsinin sədri Mariya Yelkovaç və Xorvatiya Parlamentinin Seçkilər, təyinatlar və idarəetmə Komitəsinin sədri Nada Murganiç ilə görüşüblər. Karlovaç vilayət rəhbərliyinin ofisində baş tutan görüşdə Azərbaycan nümayəndə heyətinin sədri K.Nurullayeva çıxış edərək dəvətə görə Xorvatiya tərəfinə təşəkkür edib və nümayəndə heyətinin Karlovaç şəhərini ziyarət etməkdən məmnunluq hissi keçirdiyini bildirib. Görüşün 27 sentyabr Azərbaycanın anım gününə təsadüf etdiyini xatırladan millət vəkili, Vətən müharibəsindən danışıb. Şəhidlərimizin əziz xatirəsinə ehtiram ifadə olunub. Deputat bildirib ki, Azərbaycan 44 gündə 30 illik işğala son qoyub və böyük Qələbə əldə edib. Bu qələbəni Azərbaycan xalqı 3000 minə yaxın şəhidimizin, minlərlə qazimizin qanı-canı bahasına qazanıb. K.Nurullayeva Azərbaycanın Şəki şəhəri ilə Xorvatiyanın Varajdin şəhəri arasında imzalanmış əməkdaşlıq sənədləri barədə məlumat verərək Karlovaç şəhəri ilə də bu cür əməkdaşlıq imkanlarının müzakirə edilməsini təklif edib. Millət vəkili Eldar Quliyev isə öz növbəsində ikitərəfli əlaqələrin perspektivlərinə toxunub. İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi böyük Qələbənin yaratdığı imkanlardan danışıb. Diqqəti bölgənin rifahına xidmət edən Zəngəzur dəhlizinin əhəmiyyətinə yönəldib.
Millət vəkili Kamran Bayramov isə Karlovaç şəhərinin sənaye şəhəri olduğunu xatırladaraq, ikitərəfli əməkdaşlıqda bu sahə üzrə də qarşılıqlı imkanların dəyərləndirilməsinin vacibliyini qeyd edib.
Daha sonra nümayəndə heyətinin üzvləri çoğrafi baxımdan mühüm tranzit və iqtisadi əhəmiyyətə malik Karlovaç şəhəri ilə daha yaxından tanış olublar.
Öncə buxar turbinləri istehsalı üzrə şirkətdə olan millət vəkilləri burada zavod rəhbərliyi ilə görüşüblər. Bundan sonra isə nümayəndə heyətinin üzvləri Xorvatiya çaylarının flora və faunasını, həmçinin onların ekosistemini özündə əks etdirən Karlovaç Şirinsulu akvariumuna baş çəkiblər.
Qeyd edək ki, 4 gün davam edəcək səfər çərçivəsində deputatlarımız qarşılıqlı parlamentlərarası əlaqələrin inkişafı və ikitərəfli münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparılması məqsədilə bir sıra Xorvatiya rəsmiləri ilə görüşlərdə iştirak edəcəklər.
Digər Xəbərlər
16 Dekabr 2025 17:51
YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə - FOTOLAR
16 Dekabr 2025 17:05
Elçin Əmirbəyov: 2025-ci il Cənubi Qafqaz üçün tarixi bir mərhələ idi
16 Dekabr 2025 16:52
Məşhur Məmmədov: "İlham Əliyevin amnistiya təşəbbüsü minlərlə ailəyə ümid və sevinc bəxş edəcək"
16 Dekabr 2025 16:14
Ərdoğan: Azərbaycan və Ermənistan sülh imzalamağa yaxındırlar
16 Dekabr 2025 15:48
"Qara bazarın formalaşmasına qarşı ciddi mübarizə aparılmalıdır" - Komitə sədri
16 Dekabr 2025 15:20
"Bu vərdiş sonradan siqaret və narkotikə keçid üçün əsas yarada bilir" - Deputat
16 Dekabr 2025 14:57
Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə görüşdü
16 Dekabr 2025 13:26


Bakı -°C

