Azərbaycan XİN Ermənistana cavab verib: "Sərhəddə görüşə və birbaşa danışıqlara hazırıq"
Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi prosesi ciddi şəkildə yubadıb.
Adalet.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı ilə bağlı açıqlamasında bildirilib.
Qeyd edilib ki, sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir.
"Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır. Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik", - XİN-in açıqlamasında vurğulanıb.
Digər Xəbərlər
17 Sentyabr 2026 10:53
Prezidentdən toplantı iştirakçılarına - Müraciət
17 Sentyabr 2026 10:43
Azərbaycana bədəlli əsgər sistemi lazım deyil - Politoloq
17 Sentyabr 2026 09:54
”Azərbaycan islam həmrəyliyi üçün effektiv dialoq imkanı yaradır”
17 Sentyabr 2026 09:46
Hikmət Hacıyev: Revanşist qüvvələr sülh prosesini pozmağa çalışırlar
16 Sentyabr 2026 22:00
Asip Kayanın Naxçıvanda fəaliyyəti başa çatır
16 Sentyabr 2026 21:44
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
16 Sentyabr 2026 21:30
Müharibələrin qısa zamanda dayanacağı inandırıcı deyil... - Səxavət Məmməd yazır
16 Sentyabr 2026 17:11


Bakı -°C

