Azərbaycan XİN: İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir
İslamofobiya, insanların inancına görə onlara qarşı yönəlmiş ayrı-seçkilik və nifrət insan ləyaqətinin, bərabərliyin və qarşılıqlı anlaşmanın ən əsas prinsiplərini sarsıdır.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü ilə bağlı "X" sosial şəbəkə hesabında edilən paylaşımda qeyd olunub.
Bildirilib ki, sözügedən qərəzin cəmiyyətlərimizdə yeri yoxdur.
"İslamofobiyaya qarşı Beynəlxalq Mübarizə Günündə biz mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc yanaşı yaşamağa dair qəti sadiqliyimizi bir daha təsdiq edirik", - xarici siytasət idarəsinin paylaşımında vurğulanıb.
"İslam sülh, mərhəmət, ədalət və həmrəylik dəyərlərinə əsaslanır. İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir.
Dözümsüzlüyün bütün formalarına qarşı mübarizə inklüziv, dinc və dayanıqlı cəmiyyətlərin qurulması üçün zəruri olaraq qalır", - XİN-dən qeyd edilib.
Digər Xəbərlər
14 Aprel 2026 18:17
Ceyhun Bayramov Mixail Qaluzinlə müzakirə apardı
14 Aprel 2026 17:28
Əli Əsədov büdcə ilə bağlı tapşırıqlar verdi
14 Aprel 2026 17:25
Sahibə Qafarova Türkiyəyə səfər edib
14 Aprel 2026 16:17
Cevdet Yılmaz Azərbaycanın Ankaradakı səfiri ilə görüşdü
14 Aprel 2026 14:55
"Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir" - Leyla Əliyeva
14 Aprel 2026 14:16
Milli Məclisin Aparat rəhbərinin yeni müavini kimdir? - DOSYE
14 Aprel 2026 13:55
"422 Azərbaycan vətəndaşı mina qurbanı olub" - XİN
14 Aprel 2026 13:39


Bakı -°C

