Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib
2026-cı ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 158 ölkəsindən 181,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Gələnlərin 23,4 faizi Rusiya Federasiyası, 20,1 faizi Türkiyə, 8,5 faizi İran, 5,0 faizi Hindistan, 4,9 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,7 faizi Pakistan, 3,1 faizi Qazaxıstan, 2,8 faizi Özbəkistan, 2,7 faizi İsrail, 2,0 faizi Küveyt, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Çin, hər birindən 1,3 faiz olmaqla Türkmənistan və Ukrayna, 13,3 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar ayı ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9 faiz artaraq 7,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,3 faiz artaraq 34,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,7 faiz artaraq 58,6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3,8 faiz artaraq 81,4 min nəfər təşkil edib.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,4 faizi hava, 26,3 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə ediblər.
2025-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1,4 faiz azalaraq 151,9 min nəfər olub. Vətəndaşlarımızın 35,8 faizi Türkiyəyə (əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,0 faiz az), 15,8 faizi Rusiyaya (1,5 faiz çox), 12,3 faizi İrana (13,3 faiz çox), 9,8 faizi Gürcüstana (17,6 faiz az), 26,3 faizi isə digər ölkələrə (1,1 faiz az) getmişdir. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.
2026-cı ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 69,0 faizi hava, 29,5 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Digər Xəbərlər
25 Fevral 2026 16:39
Bu il minimum əməkhaqqı artırılacaq?
25 Fevral 2026 14:06
Sabah bütün sosial müavinətlər ödəniləcək
24 Fevral 2026 17:15
"ƏDV üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası" dəyişdi
24 Fevral 2026 16:52
Geyim istehsalı 4%-ə yaxın artdı
24 Fevral 2026 16:35
"TRIPP layihəsi regionumuz üçün yeni iqtisadi imkanlar yaradacaq" - Fuad Oktay
24 Fevral 2026 16:27
Şərqi Zəngəzurda iaşə dövriyyəsi 76%-dən çox azaldı
24 Fevral 2026 11:55
İnvestisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları
24 Fevral 2026 11:50


Bakı -°C

