"TRIPP layihəsi regionumuz üçün yeni iqtisadi imkanlar yaradacaq" - Fuad Oktay
"Azərbaycan Ermənistanla münasibətləri normallaşdırdıqca Türkiyə də rəsmi İravanla əlaqələri inkişaf etdirəcək".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında çıxışı zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komitəsinin sədri Fuad Oktay deyib.
Komitə sədri bildirib ki, Türkiyə bütün qonşularla münasibətləri inkişaf etdirməkdə maraqlıdır:
“Bundan başqa, Azərbaycanla əlaqələrimiz getdikcə dərinləşməkdədir. Cənubi Qafqazda sülh və sabitlik Türkiyə üçün prioritetdir. Uzun müddətdən sonra biz bölgədə sülhə nail olmuşuq. Türkiyə Azərbaycan və Ermənistan arasındakı əlaqələri dərinləşməsinin dəstəkləyir. TRIPP layihəsi də regionumuz üçün yeni iqtisadi imkanlar yaradacaq. Layihə Gürcüstan da daxil olmaqla bütün region üçün faydalı olacaq”./Unikal


Bakı -°C

