Azərbaycanda amnistiya aktının qəbul olunması təklif edilir
"Bu il ölkəmizdə "Konstitusiya və Suverenlik ili" olduğu üçün amnistiya aktına da ehtiyac var. Ümumilli lider hakimiyyətə gələndən sonra ilk olaraq ölüm hökmünə moratorium qoyuldu və bundan sonra Azərbaycanda ölüm hökmü ləğv olundu. Baxmayaraq ki, ondan qabaq 2 ay prezident səlahiyyətlərini icra edən İsa Qəmbər 6 nəfəri güllələdi. Guya bütün işləri görüb qurtarmışdı, qalmışdı o altı nəfərin güllənməsi. Ümumilli liderdən başlayarq Cənab Prezidetin və Birinci Vitse-prezidentin təşəbbüsü ilə Azərbaycanda 13 amnistiya aktı qəbul olunub, 70-dən artıq əfv sərəncamı qəbul olunub".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.
"Hesab edirəm ki, parlament də təşəbbüs göstərib Respbulika Gününə qədər hazırlayıb təqdim edə bilər. Əfv komissiyasında müariciətlərə baxılır, buraxılanlar olur. Amma amnistiya geniş əhatəyə şamil olunur. Ona görə də belə təşəbbüsün parlamanetdə qəbul edilməsi bütün vətəndaşlarımızı sevindirər. Xüsusilə, Azərbaycanın suverenliyi uğrunda döyüşüb, vuruşub, sonradan səhvə yol vermiş insanlar var ki, həbsxanadadır. Onların azadlığa çıxması da bu ildə vacib olan məsələlərdəndir", - deyə deputat bildirib.
Nicat Novruzoğlu