Türkiyə Suriyada iki hərbi baza QURACAQ

Türkiyə Suriyada iki hərbi baza qura və orada F-16 qırıcıları yerləşdirə bilər.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
“Ərəb mənbələrinə görə Türkiyə və Suriya ortaq müdafiə sazişi imzalayacaq. Yaxın vaxtlarda imzalanması gözlənilən sazişə əsasən, Dəməşqin qəfil təhlükə ilə üzləşəcəyi təqdirdə Ankara Suriyaya yardım edəcək. Razılaşmada həmçinin Türkiyə silahlı qüvvələrinin Suriya ordusuna və onun pilotlarına təlim keçməsi, Türkiyənin Suriyada iki hərbi baza qurması da nəzərdə tutulur.
Türkiyə ölkənin suverenliyinə qarşı yönələ biləcək hər hansı hücumun qarşısını almaq üçün Suriya Hərbi Hava Qüvvələrinin yenidən qurulması başa çatana qədər bu bazalarda 50 ədəd F-16 qırıcısı yerləşdirəcək”, - deyə “Türkiye” qəzetinin xəbərində bildirilib.
Rəsmi orqanlar hələlik bu xəbərə münasibət bildirməyiblər.
Yayılan məlumata görə, Suriyanın yeni administrasiyası İsraillə sərhədə nəzarət etmək üçün Türkiyədən PUA, radarlar və elektron döyüş sistemləri istəyib.
“Ankaradan əsas istəyi pilotsuz uçuş aparatları (PUA) olan Dəməşq hökuməti, xüsusilə İsraillə sərhəd dəhlizinə nəzarət kontekstində radarların, elektron döyüş sistemlərinin və inteqrasiya edilmiş təhlükəsizlik sistemlərinin yerləşdirilməsinə çalışır”, - xəbərdə qeyd edilib.
Qəzet həmçinin Suriya Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən yazır ki, PUA-ların ilk çatdırılması yaxın vaxtlarda baş tuta bilər.
Digər Xəbərlər

"Sülh sazişi ratifikasiyadan sonra qüvvəyə minəcək" - Nazir

ABŞ-ın Rusiyanın irəliləməsinə qarşı addımı: GLSDB

İran Azərbaycanla Ermənistan arasında sülh sazişi haqqında razılaşmanı alqışlayıb

"Ərdoğanla görüşü çox mühüm nailiyyət hesab edirəm" - Paşinyan

Makron sülh sazişinin mətni üzrə razılaşmanı ALQIŞLADI

Paşinyandan müzakirəsi yekunlaşan sülh sazişi ilə bağlı AÇIQLAMA

"Sülh Sazişinin imzalanma tarixi və yeri barədə danışıqlara başlamağa hazırıq" - Ermənistan XİN
