Daxili Qoşunların və DSX-nin hərbçilərinə mənzil verilməsi təklif olunub
"Ordumuz xalqımızın başını ucaltdı. Zaman keçdikcə bu qələbənin möhtəşəmliyi daha da açıq-aydın görünməyə başladı. Ona görə də biz hərbçilərimizin müraciətlərinə son dərəcə diqqətlə yanaşmalıyıq".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin hərbçilərinə mənzil verilmir, ancaq Azərbaycan Ordusunda xidmət keçənlərə bu mənzillər verilir:
“Bizə DSX və Daxili Qoşunların hərbçiləri bununla bağlı müraciət edir. Amma bizim qanunvericiliyimizə görə, onların 20 il xidmətdən sonra ev almaq hüququ olsa da, onlara mənzil verilmir. Ev yalnız Azərbaycan Ordusunda hərbi xidmət keçən şəxslərə verilir. Milli Məclisin qanunvericilik işlər planında 3 mühüm qanun layihəsi təqdim olunacaq. Bunlardan biri də “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsidir. Hesab edirəm ki, bu qanun layihəsi hazırlanarkən həm də “Silahlı Qüvvələr haqqında” qanuna və “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə diqqət yetirilməlidir. Qanunlara dəyişiklik edəndə anlaşmazlıqlar olmasın deyə, biz onlarla müqavilə imzalamalıyıq. Yəni hərbçi hərb peşəsini seçəndə bilməlidir ki, o, 20 il xidmətdən sonra ona mənzil veriləcək, həyatını itirsə, ailəsi hansı sığorta pulunu alacaq, əməkhaqqısı necə indeksləşldiriləcək. Ona görə onlarla Əmək müqaviləsinin bağlanması məsələsini qanunvericiliyə gətirsək, bu məsələlər öz həllini tapar”, - deyə deputat deputat vurğulayıb.
Nicat Novruzoğlu
Digər Xəbərlər
08 Sentyabr 2026 18:00
ƏDV-dən və gömrük rüsumundan azad edilən malların siyahısı genişləndirilib
08 Sentyabr 2026 17:47
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
08 Sentyabr 2026 17:37
DİN AMERİPOL-da müşahidəçi statusu əldə edib
08 Sentyabr 2026 16:27
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
08 Sentyabr 2026 14:24
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
08 Sentyabr 2026 14:13
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM
08 Sentyabr 2026 12:38
Sabah hava necə olacaq?
08 Sentyabr 2026 12:27


Bakı -°C

