Azərbaycanda bu nazirin müavinlərinin sayı artırıldı
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinlərinin sayı 5-ə çatdırılıb.
Qeyd edək ki, əvvəl nazirin dörd müavini var idi.


Bakı -°C

