Azərbaycanda "eTIR" prosedurunu işə salmaq planlaşdırılır - DGK
Azərbaycanda "eTIR" prosedurunu işə salmaq planlaşdırılır.
Adalet.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisinin müavini Səməd Qaralov "Azərbaycanda beynəlxalq avtomobil daşımalarının inkişaf perspektivləri" mövzusunda konfans zamanı deyib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq DGK beynəlxalq yükdaşımaların elektronlaşdırılmasının texniki uyğunlaşdırılması üzrə tədbirləri başa çatdırır. DGK ilə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası arasında müvafiq memorandum imzalanacaq.
"Bu gün DGK öz fəaliyyətini 2024-cü ildək nəzərdə tutulan strateji plan layihəsinə uyğun olaraq həyata keçirir. Planda rəqəmsal mühitə keçid nəzərdə tutulur. Bu günədək biz demək olar ki, tamamilə elektron sənəd dövriyyəsinə keçmişik. Azərbaycan elektron formatda Gürcüstan, Türkiyə, Ukrayna, İran, Rusiya kimi ölkələrlə sənəd mübadilə edir. Bu ölkələrin sayının artırılması ilə bağlı işlər aparılır", - deyə o bildirib.(trend)
Digər Xəbərlər
18 Noyabr 2025 09:48
Gələn ildən vətəndaşlara daha çox ƏDV ödəniləcək
17 Noyabr 2025 17:14
Aİ-Azərbaycan tərəfdaşlığının prioritetləri müzakirə edildi - YENİLƏNİB
17 Noyabr 2025 12:43
"AzerGold" Zod qızıl yatağında genişmiqyaslı geoloji tədqiqat işləri aparır
17 Noyabr 2025 11:17
Azərbaycanda 10 ayda büdcədən 280 milyon manat vəsait geri qaytarılıb
17 Noyabr 2025 10:42
“Azərbaycanın bu marşrutda əsas logistika mərkəzi kimi rolu danılmazdır”
17 Noyabr 2025 09:15
“Mərkəzi Asiya dövlətlərinin ticarət dövriyyəsində 6 dəfə artım qeydə alınıb...”
15 Noyabr 2025 09:31
“Azərbaycan gələcəkdə Ermənistana qaz sata bilər” – Politoloq
14 Noyabr 2025 17:57


Bakı -°C

