"Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" - Prezident
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi və gündən-günə yeni məzmun qazanması məmnunluq doğurur. Bu əlaqələr dünyada dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə, sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılması kimi xoşməramlı niyyətlərə xidmət edir.
Adalet.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Roma Papası XIV Leoya Tacqoyma Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur, bütün konfessiyalar üçün bərabər şərait yaradılır. “Fəxr edirik ki, Azərbaycan müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkandır”, - deyə Prezident İlham Əliyev məktubunda vurğulayıb.
Digər Xəbərlər
17 Iyun 2026 18:35
Kamran Əliyev İƏT nümayəndələri ilə görüşdü
17 Iyun 2026 18:18
ABŞ konqresmeni Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb
17 Iyun 2026 17:41
Prezident Administrasiyasında Ümid Partiyasının sədri ilə görüş keçirilib
17 Iyun 2026 17:17
Oman Sultanı İlham Əliyevi təbrik etdi
17 Iyun 2026 17:00
Sahibə Qafarova Abraham Hamada ilə görüşdü
17 Iyun 2026 16:45
Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçiriləcək
17 Iyun 2026 16:31
Cevdet Yılmaz: Türkiyənin qarşısında Zəngəzur dəhlizi də daxil olmaqla yeni imkanlar açılır
17 Iyun 2026 15:58


Bakı -°C

