Azərbaycanda genişmiqyaslı ƏMƏLİYYAT:57 cinayətkar saxlanıldı -ANBAAN VİDEO

Son 20 gün ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin daha 57 üzvü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həmin şəxslərdən ümumilikdə 120 kiloqram narkotik vasitə və psixotrop maddə, həmçinin 4 360 ədəd psixotrop tərkibli həb aşkar olunub.
Daxil olan məlumat əsasında Abşeron və Binəqədi rayonlarında keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Pənah İsmayılov və Ramin Abuzərov saxlanılıblar.
Pənah İsmayılovun üzərindən və yaşadığı evdən 42 kiloqram, o cümlədən 30 kiloqram heroin, doqquz kiloqram metamfetamin, üç kiloqram marixuana, elektron tərəzilər və bir ədəd narkotik vasitələrin satışına dair qeydlər apardığı dəftər, Ramin Abuzərovdan isə səkkiz kiloqram müxtəlif adda olan narkotik maddələr aşkar edilib.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara və Salyan rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Fuad Əliyev, Emil Babayev, Bəxtiyar Əsədov, Fazil Baxşəliyev, eləcə də Elşən Əliyev, Rüstəm Əliyev və Sevinc Qasımova saxlanılıblar. Bu şəxslərdən, eləcə də evlərindən 56 kiloqram, o cümlədən 34 kiloqram heroin, 22 kiloqram marixuana, iki kiloqram metamfetamin və 3300 ədəd metadon həbi aşkar olunub.
Araşdırma zamanı müəyyən edilib ki, adları çəkilən doqquz nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitəni Azərbaycan ərazisində qəbul edərək satışı təşkil etməli imişlər.
Paytaxtda, eləcə də, cənub və qərb bölgələrində həyata keçirilən digər əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 48 nəfər saxlanılıb. Bu şəxslərdən 14 kiloqram heroin, kokain, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
 30 Oktyabr 2025 17:09
 30 Oktyabr 2025 17:09 Bakıda 66 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO
 30 Oktyabr 2025 10:34
 30 Oktyabr 2025 10:34 Polis 25,2 kq narkotik aşkarlayıb
 30 Oktyabr 2025 10:13
 30 Oktyabr 2025 10:13 Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı
 29 Oktyabr 2025 12:55
 29 Oktyabr 2025 12:55 İnsanları BƏƏ, Kanada və Avropa ölkələrində işə düzəltmək adı ilə aldatdılar - VİDEO
 27 Oktyabr 2025 11:57
 27 Oktyabr 2025 11:57 Azərbaycanda mütəşəkkil dəstə ifşa edildi - 89,5 milyon manatlıq dələduzluq
 27 Oktyabr 2025 10:48
 27 Oktyabr 2025 10:48 Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı
 25 Oktyabr 2025 13:53
 25 Oktyabr 2025 13:53 DİN qumar oyunları ilə bağlı daha 5 dəstəni ifşa etdi - VİDEO
 25 Oktyabr 2025 12:41
 25 Oktyabr 2025 12:41 

 Bakı -°C
 Bakı -°C 






