19 Sentyabr 2024 16:06
473
GÜNDƏM

Azərbaycanda iyrənclik dalğası: LGBT inkişaf etsinmi?

Yəqin ki, xəbəriniz oldu, Tbilisidə transseksual qadın, model Kesariya Abramidze öldürüldü. Müxtəlif KİV-lərdə yayılan məlumata görə, o, Didi Diqomi ərazisindəki evdə öldürülüb. Daxili İşlər Nazirliyi qətl faktını təsdiqləyir və Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə qəsdən adam öldürmə faktı ilə bağlı araşdırma başlandığını bildirir. Əldə olan məlumata görə, transseksual qadın boğazından bıçaqla ölümcül yaralanıb. Kesariya Abramidzenin dostu qətldə ittiham olunur.

Bu xəbərdən dərhal sonra Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanun layihəsini sonuncu oxunuşda qəbul edib. Ölkə prezidenti qanun layihəsini imzaladıqdan sonra LGBT-nin reklamı, təbliği Gürcüstanda qadağan olunacaq.


Azərbaycanın mənzərəsi isə tam başqadır. Azərbaycan hökuməti ölkədə LGBTQİ+ icması üzvlərinə “hüquqlarının pozulmasına görə” 125 min avro məbləğində kompensasiya ödəyəcək, Avropa Məhkəməsinin qərardadında göstərilir.
Sənəddə bildirilir ki, Azərbaycan hökuməti şikayətçi LGBT icması üzvlərinin hüquqlarının pozulduğunu etiraf edib.
Məhkəmənin verdiyi qərarda deyilir ki, Azərbaycan hökuməti, eyni zamanda məhkəmə qarşısında çəkilmiş xərclər və məsrəflər üçün 3 min avro ödəməyə hazır olduğunu bildirib.
LGBTQİ+ icmasının bəzi üzvləri təxminən 7 il əvvəl Bakıda bir sıra hüquqlarının pozulması, o cümlədən "qanunsuz həbsləri" ilə bağlı Avropa Məhkəməsinə şikayət etmişdilər. Bu məlumatı da BBC bu ilin aprelində açıqlayıb.

Mənbələr bildirir ki, 2015-ci ildə Azərbaycanda üç LGBT təşkilatı fəaliyyət göstərir.[39] "LGBT Azerbaijan Gay.Az" Azərbaycanda LGBT fərdlər üçün nəzərdə tutulmuş ilk informasiya portalıdır. Gender və Tərəqqi İctimai Birliyi 2007-ci ildə Səhiyyə Nazirliyi tərəfindən təklif edilən yerli layihələrin həyata keçirilməsi məqsədiylə yaradılıb.
Nəfəs LGBT Azərbaycan təşkilatının əsası 2012-ci ildə qoyulub. Müxtəlif tədbirlər həyata keçirən təşkilat, Avropa Birliyinin Azərbaycandakı deleqasiyası və müxtəlif ölkələrinin səfirlik nümayəndələri ilə ölkədəki LGBT problemlərini müzakirə edir.
Azad LGBT təşkilatının əsası 2012-ci ildə İsa Şahmarlı tərəfindən qoyulmuşdur. Təşkilat təhsil sahəsindəki LGBT problemləri və mediada daha yaxşı təmsil olunma ilə bağlı məsələlərlə məşğul olur. Təşkilat LGBT film gecələrinin təşkili də daxil olmaqla, Bakıda müxtəlif tədbirlər keçirir. Təşkilat rəhbəri İsa Şahmarlının ölümündən sonra təşkilat üzvləri "Sevgi elə Sevgidir" (Azərbaycanda LGBT fərdlərin dəstəklənməsi üçün təşkil edilmiş onlayn foto kompaniyası) və "Rəng" (İsanın doğum günü münasibətilə onun müxtəlif fotolarından təşkil olunmuş sərgi) adlı foto layihələri həyata keçirmişdir. 2015-ci ildə Azad LGBT təşkilatı əvvəlki layihələri haqqında məlumat verən və azad onlayn təhsil alətləri təklif edən saytı təqdim etmişdir.

Son olaraq bildirmək istəyirik ki, “Nəfəs LGBT Azerbaijan” alyansı 2014-cü dən etibarən 22 yanvarı “Azərbaycan LGBT icmasının Qürur günü” adlandırıb. Qeyri-ənənəvi oriyentasiya səbəbindən eyni zamanda cinsi azlıqların hüquqlarının müdafiəçisi olduğundan yaxınlarının təzyiqinə tuş gələn İsa Şahmarlının özünə qəsd etməsini "qürur günü" adlandıranların sayı Azərbaycanda günü-gündən artmaqda, çoxalmaqdadır. Ənpisi də odur ki, artıq bu zümrə televiziya məkanlarında, internet resurslarında reklam edilir.
Qınaq , ümumiyyətlə, yox dərəcəsindədir.

 Əslində, Tik-tok sosial şəbəkəsinə daxil olarkən Azərbaycanın necə qorxunc və iyrənc bir "epidemiya" ilə üz-üzə qaldığının dəhşətini hiss edirsən....
Zənnimcə, Azərbaycan da tezliklə məlum qərarı verməlidir.

Əntiqə Rəşid

Əntiqə Rəşid